İntihara cəhd edən 54 yaşlı Asiya Əmirovadır
“Bakı Metropoliteni”nin “28 may” stansiyasında intihara cəhd edən adamın kimliyi bəlli olub.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, intihara cəhd edən Bakı şəhər sakini 54 yaşlı Asiya Əmirovadır:
“Hadisə səhər saatlarında saat 9:35-də baş verib. O, özünü intihar məqsədi ilə qatar yoluna atıb. Asiya Əmirova qatar yolundan çıxarılıb”.
