Hadisə 

Abşeron sakini özünü asıb

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

 

APA xəbər verir ki, hadisə Məmmədli kəndində qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Elnur İmamverdi oğlu Əhmədov yaşadığı evdə özünü asıb.

 

Yaxınları onu xilas edərək xəstəxanaya çatdırıb.

 

Hazırda E.Əhmədov xəstəxananın reanimasiya şöbəsindədir.

 

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Daha çox xəbərlər