15 oktyabr 2023-cü il tarixi bir gündür.
15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Müzəffər Ali Baş Komandan qeyd etdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirmǝyǝ başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.Və bu gün o gündür.
Prezident xalqın diqqətinə çatdırdı ki, artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı:
Prezident dövlətin güclü iqtisadiyyat sahəsində apardığı siyasətə də toxundu. Bildirdi ki, son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır.
Silahlı Qüvvələrin rəşadətini dilə gətirən Prezident döyüş meydanında göstərilən qəhrəmanlıqdan da söz açdı. İstər Vətən müharibəsində, istərsə də 23 saat davam edən antiterror əməliyyatını ordumuzun uğuru olaraq diqqətə çatdırdı. Uğurun əməli nəticəsi 44 günlük müharibənin Kapitulyasiya Aktı ilə sona çatması idi.
Antiterror tədbirlərinin qaçılmaz olması Prezidentin dilindən bir daha diqqətə
çatdırıldı. Bildirildi ki, Ermənistan bir qarış torpağı belə bizə qaytarmaq fikrində deyildi. Biz torpağımızı özümüz qaytarmağa məcbur idik.
Cəmi 44 gün çəkən Vətən müharibəsində bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Prezident Xankəndinin mərkəzində Bayrağımız, Gerbimiz önündən həm xalqımıza, həm də dünyaya bir daha səsləndi: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İlham Əliyev Bu il-“Heydər Əliyev İli”ndə Respublikada keçirilən tədbirlər planına da toxundu:
“Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.
Eyni zamanda qeyd etdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Və bu mövcudluq bizə baha başa gəldi. Nəticə olaraq 90-cı illərdə torpaqlarımızın işğalı ilə nəticələnmişdir.
Beynəlxalq təşkilatların ikili standartlarına da toxunan Prezident heç bir qüvvənin bizi tutduğumuz haqq yolundan döndərə bilmədiyini vurğuladı. Heç nə bizi inkişafdan da saxlaya bilmədi. Son 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu göz önündədir.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, vaxt var idi azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi islahatlara da toxunuldu.
Ulu öndərin hakimiyyətdən getdikdən sonra isə erməni millətçilərinin Dağlıq
Qarabağ Muxtar Vilayətinin müstəqilliyinə çalışmasından da danışıldı.
Prezident diqqətə çatdırdı ki, o vaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti başladı və o zamankı hakimiyyət işğalı dayandıra bilmədi.
Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC- Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.
Prezident tutularaq Bakıya gətirilən, bir zamanlar Bakıda çay içməyi arzulayan”Qondarma respublikanın rəhbərliyində olanların bəzilərini gözləyən layiqli cəzanın heç də uzaqda olmadığını dilə gətirdi.
Bütövlüyünə qovuşmuş Azərbaycanın aydın gələcəyindən də söz açdı.
Ali Baş Komandan Ermənistanın revanşist qüvvələrinə də müraciət etdi:” Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndində dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.”
Zülfiyyə Əkbərova – Akademik Z. Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi