TDT Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib – FOTO
Türk Dövlətləri Təşkilatı (TDT) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“Üzv dövlətimiz Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, – deyə paylaşımda bildirilib.

