Ərdoğan: “BMT TŞ növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi” – FOTO

FILE PHOTO: Turkish President Tayyip Erdogan talks during a news conference following a cabinet meeting in Ankara, Turkey, November 30, 2020. Presidential Press Office/Handout via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVE./File Photo

Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin Ciddədə keçirilən Fövqəladə Toplantısını ilə bağlı paylaşım edib.

O, son günlər ərzində Yaxın Şərq münaqişəsi ilə bağlı 18 dövlət və hökumət başçısıyla danışıqlar apardığını qeyd edib.

“Oktyabrın 7-də başlayan və bütün bölgəmizə yayılma riski olan böhranın həlli üçün ilk gündən çox səy göstərdik. İndiyədək dövlət və hökumət səviyyəsində 18 liderlə telefon danışığımız olub. Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardım dolu 3 təyyarə çatdırdıq”, – Türkiyə Prezidenti məlumat verib.

O, ABŞ-ni bölgəyə təyyarədaşıyan gəmilərini göndərməklə sülhə mane olmaqda, “tamamilə səmərəsiz hala gələn Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası”nı isə növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilməməkdə ittiham edib.

Ərdoğan, həmçinin İsrail-Fələstin münaqişəsinə münasibətdə Qərb ölkələrini, beynəlxalq media orqanlarını qərəzli və ikiüzlü yanaşmada günahlandırıb.

“Türkiyə olaraq əvvəlcə humanitar atəşkəs, sonra isə daimi sabitlik yaratmaq üçün çalışmalarımızı davam etdirəcəyik”, – Ərdoğan yekunlaşdırıb.