Ağsuda yük avtomobili anidən alışdı – VİDEO

Ağsuda “Ford” markalı yük avtomobili yanıb.

ARANTV.AZ-ın  xəbərinə görə, hadisə Muğanlı – İsmayıllı yolunun 13 kilometrliyində – Ağsu rayonu ərazisində baş verib.

Belə ki, Bakıdan İsmayıllı istiqamətində hərəkət edərkən avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.

Bakı şəhəri Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Sərdarov Daşqın Rəhim oğlunun idarə etdiyi 99-TX-312 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili alışıb. Sürücü çətinliklə canını qurtara bilsə də, “Ford”un yanar konstruksiyaları yararsız vəziyyətə düşüb.

Hadisə yerinə İsmayıllı rayon FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

Qeyd edək ki, hadisənin baş verməsinə elektrik sistemində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

oxu.az