Kriminal 

Bakıda şadlıq sarayının qarşısında qanlı hadisə

Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

ARANTVAZ-ın məlumatına görə, iyunun 9-u axşam saatlarında “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” şadlıq sarayanın qarşısında 1979-cu il təvəllüdlü Bəxtiyar Ağayar oğlu Eminli qarnından bıçaqlanıb. B.Eminli yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatıdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.apa

Daha çox xəbərlər