Qəbələdə ağacdan yıxılan kişini Bakıya gətirdilər
Ötən gün Qəbələdə bəxbəxt hadisə baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Tüntül kəndində qeydə alınıb. Meyvə ağacına çıxan 1965-ci il təvəllüdlü Məlik Şükürov oradan yıxılaraq xəsarətlər alıb.
Xəstə ilk öncə rayon xəstəxanasına çatdırılıb. Bir müddət orada müalicə aldıqdan sonra isə ötən axşam Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Döş qəfəsinin küt əzilməsi diaqnozu ilə müalicə alan 54 yaşlı kişinin vəziyyəti stabildir.

