Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qış mövsümündə kartof kəskin bahalaşacaq?

By Vüsal Rafiqoğlu
13.11.2023 3 Min Read

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz və ya 40 min ton azdır. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 54 min 66.7 hektar sahədən bir milyon 21.9 min ton məhsul yığılıb. Statistika bizə onu deyir ki, kartof istehsalı azalıb. Ölkəmizə xarici ölkələrdən də kartof idxal edilir. İstehsal azalsa da, idxal vasitəsilə məhsul tələbatı kompensasiya edilmiş olur. Amma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23 oktyabr tarixindən İranın bəzi şirkətlərinin ölkəmizə kartof idxal etməsinə də qadağa qoyulub. Belə qadağalar nə ilk, nə də son deyil. İstehsalın bu il az olması, idxala icazə verilməməsi qış mövsümündə kartofun kəskin bahalaşmasına səbəb olarmı? Bazarlarda kartof qıtlığı müşahidə oluna bilərmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İntensiv yağışlar məhsuldarlığa ciddi təsir edib

Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov deyib ki, əgər qıtlıq ehtimalı olarsa, müəyyən tədbirlər görüləcək:

“Həm tərəvəz məhsulları, həm pambıq istehsalında azalma müşahidə edilir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların intensivləşməsidir. Hava şəraiti, iqlimin məhsuldarlığa böyük təsiri var. Amma bunun qıtlığa səbəb olacağına inanmıram. Bu hal yaşanarsa, dövlət tərəfindən xaricdən məhsul gətirməklə bağlı tədbirlər görüləcək və problem həll ediləcək”.

Azalmanın miqdarı çox deyil

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirdi ki, əslində hazırda kartof yığımı yekunlaşmalı idi. Lakin müəyyən səbəblərdən bəzi rayonlarımızda proses hələ də davam edir:

“Kartof yığımının azalması müxtəlif səbəblərdən ola bilər. Amma bu, o dərəcədə ciddi rəqəm deyil. Xüsusilə, builki hava şəraitindən asılı olaraq məhsul yığımında bir qədər azalma müşahidə edilir. Əsasən dağlıq və dağətəyi bölgələrdə havalar yağmurlu keçdi. Bu da kartof yığımını gecikdirir. Gədəbəyin bəzi bölgələrində bu dəqiqə kartof yığımı davam edir. Hava şəraiti əlverişsiz olduğuna görə yığım prosesi gecikir, xəstəliklər artır. Bu da məhsuldarlığa mənfi təsir edir”.

“Bu il kartof qıtlığı gözlənilmir”
E.Allahverdiyevin sözlərinə görə, kartof indi daha ucuzdur:

“Bu il kartof qıtlığı gözlənilmir. Çünki ölkədə istehlak səbətimiz təxminən 950 min – bir milyon ton arasıdır. Bu göstərici istehsaldan azdır. İstehsalımız ərzaq səbətimizə tamamilə təmin edəcək qədərdir. Qış mövsümündə kartofun bahalaşacağı gözlənilmir. Bazarlarda bir ay əvvəl kartof daha baha idi, amma indi ucuzdur. Xüsusilə aran bölgəsindən, iri sahələrdən, fermerlər tərəfindən yığılan kartof hazırda soyuducu anbarlarda saxlanılır. Bir azdan həmin məhsul anbarlardan bazarlara satışa göndəriləcək. Bu səbəbdən, bu il ölkədə kartof qıtlığının olacağını düşünmürəm”.

İstehsalın azalması idxalı stimullaşdırır

İqtisadi məsələlər üzrə ekspert Pərviz Heydərov dedi ki, kartof istehsalının azalması idxaldan asılılığı daha da artıra bilər:

“Yerli istehsalın azalması istənilən halda mənfi tendensiyadır. Çünki bu, istər-istəməz idxalı stimullaşdırır. İdxal məhsulları çoxluq təşkil edəndə bazarda qiymətlər həmin məhsulları idxal edən sahibkarların diktəsi ilə formalaşır. Son günlər periodik olaraq ölkəyə kartof və bir sıra kənd təsərrüfatı məhsullarının idxalı üzrə müəyyən məhdudiyyətlər də tətbiq olunur. Yaxud həmin məhsullar keyfiyyətsiz xarakter daşıdığından özümüz onlardan imtina edirik və qadağa qoyuruq. Əgər yerli istehsal da azalmış hesab olunursa, belə olan halda təbii ki, ölkədə kartof üzrə qiymətlərin bahalaşması ehtimalı böyükdür”.

İstehsalın azalma səbəbi dəqiqləşdirilməlidir

P.Heydərov bildirdi ki, istehsalın azalması məsələsi mütləq nəzarətə götürülməli və bununla əlaqədar tədbirlər görülməlidir:

“Bilavasitə, kartofun istehsalının azalmasına təbii şərait, məhsuldarlıq, mövsümi amillər və istehsalla bağlı digər maya dəyəri ilə əlaqədar problemlər səbəb ola bilər. Amma hər bir halda bu məsələ nəzarətə götürülməlidir. İstənilən kənd təsərrüfatı məhsulu üzrə yerli istehsalın və tədarükün azalması amilləri dərhal analiz olunmalı, təhlil edilməli və müvafiq tədbirlər görülməlidir. Yerli istehlak bazarı onsuz da idxaldan asılıdır. Bu prosesə nəzarət olmasa, idxaldan daha çox asılı vəziyyətə düşə bilərik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Tiktok”çunun güllələnməsinin ANBAAN VİDEOSU

Next

Daşkəsəndə silah-sursat aşkarlanıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv