Bakıda sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var
Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 4 qadın xəsarət alıb.
Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.
Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.big.az

