Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ağdam – dünya şəhərsalma standartlarının mərkəzində

By Vüsal Rafiqoğlu
20.11.2023 3 Min Read

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçatanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ Müharibəsində xalqımızın ilk dəfə olaraq torpaqlarını işğaldan azad etməsi, regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda viran qoyulmuş Qarabağ İqtisadi Zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.

“Təsadüfi deyil ki, keçdiyimiz üç ildə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.

Bu gün – Ağdam şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Birinci Qarabağ Müharibəsi zamanı Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin rayon mərkəzi ilə birgə 90 kəndinin, yəni 73 faizinin işğalı,  o cümlədən altı mindən artıq soydaşımızın şəhid olması, minlərlə insanın yaralanması ilə sonlandı. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi və darmadağın edildi. 128 min insan öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi yaşamağa məcbur qaldı.

2020-ci ildə əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan itkisinin qarşısı alındı”.

Deputat bildirib ki, işğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Xarici və yerli jurnalistlər Ağdamın işğaldan sonrakı vəziyyətini gördükdən sonra oranı Qafqazın Xirosiması adlandırıblar:

“Bu gün Azərbaycan hökuməti Erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri müharibədən sonrakı dövrdə dünya ictimaiyyətinin də öz gözləri ilə görməsini təmin etmək üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağa səfərlərini təşkil edir. Əlbəttə ki, bu səfərlərin digər bir məqsədi Azərbaycan xalqının səbirlə öz torpaqlarının geri əldə olunmasında nümayiş etdirdiyi qəhrəmanlığı göstərməkdir.

Ağdam şəhəri işğaldan azad olunduqdan sonra o əraziyə səfər etmiş ilk yüksək səviyyəli dövlət rəsmisi 2021-ci ilin 08 -10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç və onun rəhbərlik etdiyi nümayəndə heyəti olub. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış etdi və qısa müddətdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ağdam şəhərinin dünya şəhərsalma standartlarına uyğun olaraq bərpa ediləcəyini bildirdi.

2022-ci ilin 5 oktyabr tarixində Azərbaycan hökuməti və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu məhz Ağdam şəhərində keçirildi. Həmin Forum sülh və təhlükəsizliyin dayanıqlılığını özündə ehtiva edirdi, eyni zamanda Azərbaycanın regionların sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlığı təşviq etdiyinin bariz nümunəsi oldu”.

“Sevindirici haldır ki, bu gün artıq Ağdama səfər edən qonaqlar burada Azərbaycan hökuməti tərəfindən həyata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqdadır.

Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu gün öz təsdiqini görülən əməli işdə tapır.

Beləliklə, bu gün Ağdam şəhəri öz şərəfli inkişaf dövrünü yaşayır. Bu inkişaf Qarabağ iqtisadi zonası ilə yanaşı olaraq, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına öz faydasını verəcəkdir” – deyə deputat fikrini yekunlaşdırıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Payız semestri üzrə 25 mindən çox tələbəyə təhsil krediti verilib

Next

Yaponiya “Fukusima-1” AES-dən suyun buraxılmasının üçüncü mərhələsini başa çatdırıb

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv