Hadisə 

Qumarxanada dava düşdü: qadının halı pisləşdi

Ötən gecə Marneuli rayonunun Rustaveli küçəsində yerləşən kazinoda dava düşüb.

ARANTV.AZ  apa-ya istinadla xəbər verir ki, hadisə bir ananın oğlunu kazinodan çıxarmağa çalışması zamanı baş verib.

Bildirilib ki, bu zaman kazinonun təhlükəsizlik xidmətinin əməkdaşları qadına yaxınlaşaraq, kazinodan çıxmağını tələb edib və ona qarşı güc tətbiq ediblər. Nəticədə qadının halı pisləşib. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Xəstəxanadan buraxılan xanım bu gün səhər saatlarında oğlu ilə birlikdə polis şöbəsində sorğu-sual edilib.

Daha çox xəbərlər