Ukraynada bizi bizdən qoruyurlar
Ukraynanın Krivoy Roq şəhərində icra komitəsi yaxınlığında Azərbaycan diasporununun nümayəndələrinin mitinqi keçirilib. İnsanlar diasporun digər üzvlərinə hücumla bağlı məlumat veriblər.
ARANTV.AZ xəbər verir ki, faktlarla bağlı cinayət işi başlanılıb.
Polisin verdiyi məlumata görə, Krivoy Roq şəhərində azərbaycanlıların hüquqlarını müdafiə edən bir neçə rəsmi ictimai təşkilat qeydiyyatdan keçib. Onlar arasında düşmənçilik var və azərbaycanlı diaspor üzvlərinə təsir dairəsi üzərində daimi mübarizə gedir.
“Bu yerlədə belə mübarizələr qanundan kənara çıxır: mövcud qanunvericilik müddəaları pozulur. Bu vəziyyətdə şəhər polisi günahkarların cəzalandırılması və insanların pozulmuş hüquqlarının bərpası üçün mümkün olan hər şeyi edir”, – polisdən bildirilib.
Bu fikirləri təsdiq etmək üçün polis idarəsi azərbaycanlılar arasında əvvəllər baş vermiş hadisələri göstərib.
Belə ki, 2017-ci il avqustun 28-də şəhərdəki kafelərdən birində Azərbaycan diasporunun üzvləri olan şəxslər arasında münaqişə baş verib. Hadisə ilə əlaqədar 20 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birinin üzərindən tapança aşkar edilib.
Bu il, iyulun 3-də polisə şəhər mərkəzindəki kafelərdən birində bir neçə şəxs arasında mübahisə düşməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları mübahisə edən şəxslərdən birinin üzərində silah aşkar ediblər.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
Həmçinin, 2018-ci il mayın 23-də İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
oxu.az

