Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Erməni politoloqlar: “Qərbi azərbaycanlılar qayıdacaq, Zəngəzur Ermənistandan ayrılacaq” – VİDEO

By Vüsal Rafiqoğlu
28.12.2023 2 Min Read

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

ARANTV.AZ  xəbər verir ki, “Ermənilər azərbaycanlıların geri qayıdacağı reallığını qəbul edir” adlı süjetdə Qərbi Azərbaycan İcmasının öz tarixi yurdlarına qayıtmaq istəyi və rəsmi Bakının bunu strateji plan olaraq dəstəkləməsinin Ermənistanda gündəmin əsas mövzusu olduğu vurğulanır.

Bildirilir ki, Ermənistan mediasında apardığımız müşahidələrə görə, ermənilər Qərbi Azərbaycan reallığını tədricən qəbul etməyə başlayıb, qəbul etmək istəməyənlər belə perspektivdə bunun reallaşacağını anlayırlar. Ermənistanın ictimai-siyasi sferasındakı müzakirələrdə Qərbi Azərbaycan məsələsinə müxtəlif yanaşmaların olduğu görünür. Rəsmi İrəvan beynəlxalq hüquqa zidd şəkildə tarixi yurdlarından deportasiya edilən azərbaycanlıların evlərinə qayıdışı istəyini “Azərbaycanın Ermənistana ərazi iddiası” kimi təqdim edir”.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti maksimum şəkildə Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmağa çalışır: “Qərbi Azərbaycan məsələsi artıq Ermənistanın daxili siyasi seqmentinə yön verir, iqtidar-müxalifət qovğaları da məhz azərbaycanlıların tarixi yurdlarına qayıdışı üzərində baş verir”.

Süjetdə erməni politoloqlar Qaqik Hambaryan, Qarik Keryan və Sergey Melkonyanın fikirlərindən sitatlar gətirilir: “Rəsmi Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Azərbaycanlıların ən azı müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər. Azərbaycanlılar sərhəd bölgələrinə – Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. Ermənistanda əsas qorxulardan biri də azərbaycanlıların öz evlərinə qayıdışının 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra aktuallaşacağıdır. Bu seçki regionda gələcək konfiqurasiyanın formalaşdırılmasında mühüm mərhələ olacaq. Bu mərhələdə Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu ssenarilər Ermənistanla sülh müqaviləsinin imzalanması və “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.

Sonda bildirilir ki, Qərbi Azərbaycan mövzusu Ermənistanın əsas müzakirə mövzusuna çevrilib və onların bundan müxtəlif məqsədlər üçün istifadə etməsinə baxmayaraq, azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi artıq erməni ictimai rəyində legitimləşir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qubada qadın odun parçası ilə qətlə yetirilib: Oğlu şübhəli bilinir – TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Next

Azərbaycanla qonşu ölkələrdə də güclü külək fəsadlar törətdi – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv