Lənkəranda bağçılığın inkişafı layihəsinə bir milyon manat güzəştli kredit verilib – FOTO
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Lenk Fruit” MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə bir milyon manat güzəştli kredit verib.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Lənkəranda icra olunacaq layihə nəticəsində 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

