Təyyarə QƏZAYA UĞRADI: hava limanının yolları BAĞLANDI

ABŞ-ın Havay ştatında təyyarə qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, Oahu adasında “Beechcraft King Air” model iki pərvanəli təyyarə Dillinqham hava limanı yaxınlığında qəzaya uğrayıb.

Nəticədə 9 nəfər ölüb. Qəzadan sonra hava limanına gedən magistral yol ikitərəfli bağlanıb.

Təyyarədəki 7 sərnişin paraşütçü, digər iki nəfər isə pilot olub.

Qəzanın səbəbi, hələ ki, məlum deyil.Publika.az