Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub.
ARANTV.AZ xəbər verir ki, Seymur Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Bu günə qədər həmin vəzifədə Elşad Nuriyev fəaliyyət göstərib. Elşad Nuriyev isə “Bakı Gəmiqayırma Zavodu”nun İdarə heyətinin sədri təyin edilib.
