Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Oğuz sakinindən maraqlı təşəbbüs FOTO VİDEO

By Vüsal Rafiqoğlu
12.02.2024 3 Min Read

Oğuzun Xaçmazqışlaq kəndinin məhəllə və döngələrində Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin, Milli qəhrəmanların lövhələrinin quraşdırılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.

ARANTV.AZ  xəbər verir ki, bu maarifləndirici və vətənpərvər ideyanı həyata keçirən şəxs elə həmin kəndin sakini, təqaüdçü Əbülfət Əsgərovdur.

Xaçmazqışlaq kəndi altı məhəllədən ibarətdir. Həmin məhəllələrə yerli sakinlər tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətində, eləcə də Qarabağ müharibəsində göstərdiyi şücaətlərə görə fərqlənən insanların adları verilib, burada onların lövhələri quraşdırılıb. Məsələn, kəndin girişində olan ilk məhəllə sakinlər tərəfindən bəstəkar Qara Qarayevin adı ilə tanınır. Milli qəhrəmanlar Polad Həşimov və Mübariz İbrahimov, şairlər Səməd Vurğun və Molla Pənah Vaqifin də adlarına məhəllələr var.

Kəndi addım-adım, məhəllə-məhəllə gəzirik. Məktəbdən evə dönən şagirdlərlə Molla Pənah Vaqifin adını daşıyan məhəllənin girişində qarşılaşırıq. Fürsətdən istifadə edib, məktəblilərə tanıdıcı lövhələrlə bağlı suallar ünvanlayırıq. Məlum olur ki, onlar artıq xeyli müddətdir yaşadıqları məhəllənin adını daşıyan şəxsiyyətlərlə bağlı məlumatlar toplayır və yeri gələndə dərsdə, ya da elə məhəllədə həmin şəxsiyyətlərlə bağlı intellektual oyunlar təşkil edirlər.

XI sinif şagirdi Hikmət Salehli Molla Pənah Vaqif, Səbinə Atakişili isə Nizami Gəncəvi məhəlləsində yaşayırlar. Dərsə bir yerdə gedib-gəlsələr də, hər gün təmsil etdikləri məhəllənin adının verildiyi şəxsiyyət haqqında maraqlı nəsə öyrənməyə, bir-birinə suallar verməyə çalışırlar.

Kənd sakini Eyvaz Süleymanov Nizami Gəncəvi məhəlləsində yaşayır. Dahi şəxsiyyətin tanıdıcı lövhəsi onun evinə yaxın məsafədə yerləşir. Deyir ki, bu ideyanın həyata keçirilməsi gənc nəsil üçün çox önəmlidir. Belə ki, kəndə qonaq gələndə onun hansı məhəlləyə gedəcəyini uşaqdan-böyüyə hamı ilk anda təyin edir. Digər tərəfdən, yeniyetmə və gənclər ədiblərimizi, qəhrəmanlarımızı tanımış olurlar.

Maarifləndirici və vətənpərvər layihə barədə yetərincə məlumat toplayandan sonra onun ideya müəllifi Əbülfət Əsgərovla görüşürük. İxtisasca iqtisadçı, hazırda isə təqaüddə olan Əbülfət müəllim deyir ki, layihəni reallaşdırmaq onun çoxdankı arzusu olub və bu barədə çox fikirləşəndən sonra qərar verib: “Düşündüm və qərara aldım ki, kənddə məhəllələrə adlar verək. Məsələn qonaq gələndə bilər ki, hansı məhəllədəki evə getmək lazımdır və oranı çox rahat tapar. Fikirləşdim ki, tanınmış şəxsiyyətlərimizin adlarının verilməsi daha yaxşı olar. İlkin olaraq Qara Qarayevi seçdim. Ona görə ki, Qara Qarayev musiqiçilər arasında bir akademikdir, dünyada tanınır. Kəndin girəcəyinə Qara Qarayev adını ona görə verdik ki, hansı kənddə musiqi varsa, orada əmin-amanlıq var, sülh var”.

Müsahibimiz Səməd Vurğunun bu kənddə qonaq olduğunu, uzun illər Xazmazqışlaqdakı dostları ilə əlaqələr saxladığını bildirir və bu baxımdan həmin məhəllənin girişində onun tanıdıcı lövhəsinin quraşdırıldığını söyləyir.

Digər şəxsiyyətlərin də Vətən, dövlət qarşısında xidmətlərini bir-bir sadalayan həmsöhbətimiz, həm də dərin zəka və analitik biliyə malik olduğunu ortaya qoyur.

Əbülfət müəllim bizə kəndin girəcəyində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi barədə də məlumat verdi. Bildirdi ki, kompleksin qarşısında qoşa bulaq inşa olunub. Bu abidəni ucaltmaqda məqsəd gəncləri vətənpərvər ruhda böyütməklə yanaşı, həm də nişanlanan, yeni ailə həyatı quran gənclərin həmin bulaqdan su içib əhd-peyman bağlamaları, bir-birinə sədaqətli olmalarıdır. Artıq bir müddətdir, kənddə ailə həyatı quran gənclər bu məkana gələrək şəhidləri anır, həm də qoşa bulaqdan su içərək gözəl ənənəni yaşadırlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xızır Nəbi bayramı bu kənddə xüsusi olaraq qeyd edilir FOTO VİDEO

Next

Zəngilan istiqamətində mövqelərimiz atəşə tutuldu: Hərbçimiz yaralandı – YENİLƏNİB + VİDEO

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv