Dünya 

Türkiyədə bələdiyyə binasına silahlı hücum – FOTO

Türkiyədə, Adana Böyükşəhər Bələdiyyəsi sədrinin mətbuat xidmətinin rəhbəri Səməd Güdük bələdiyyə binasında naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Yerli mətbuat yazır ki, hələlik adı istintaqa məlum olmayan şəxs bələdiyyənin mətbuat xidmətinin rəhbərinə odlu silahdan üç dəfə atəş açıb.

Səməd Güdük ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

 

Mənbə: Dunya.com

Daha çox xəbərlər