Dünya 

Rusiyada məktəblilərə köməyə gedən təcili yardım maşını da qəzaya düşdü – YENİLƏNİB + FOTO

Rusiyanın Pskov vilayətində qəzaya düşən uşaqlara köməyə tələsən təcili yardım maşını qəzaya düşüb.

Nəticədə təcili yardım maşınının sürücüsü və tibb işçisi xəsarət alıb.

16:46

Rusiyanın Pskov vilayətində uşaqların olduğu avtobus yük maşını ilə toqquşub.

Nəticədə 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Qeyd olunub ki, uşaqları məktəbdən ekskursiyaya aparıblar.

Yük maşını ilə toqquşmadan yayınmağa çalışan avtobusun sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı xəndəyə salıb.

 

Mənbə: MK.ru

Daha çox xəbərlər