YÜKSƏK VƏZİFƏyə təyin olunan Anar Ağakişiyevdən ÖZƏL: “Xanımların əylənə biləcəyi…”
“Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsinə təyin olunan stilist Anar Ağakişiyev öz təəssüratlarını Musavat.com-la bölüşüb:
“Təyinatımı təxminən 15 dəqiqə əvvəl dostum Pərvizdən eşitdim. Mənim üçün çox gözlənilməz bir təyinatdır. ARB rəhbərliyinə təşəkkürümü bildirirəm. “Kanal S” ARB-nin daxilində fəaliyyət göstərir. Mən yeniliklərə açığam, öz millətimi sevirəm, daim çalışıram ki, nə olur-olsun, bütün yeniliklər Azərbaycanda olsun, Azərbaycan heç bir sahədə dünyadan və dünyadakı reytinqlərdən geri qalmasın. Əlimdən gələn qədər yeniliklər edəcəm. Dekorasiyalarda, maarifləndirici verilişlərdə yeniliklər olacaq, xanımlar üçün çoxlu maraqlı verilişlər olacaq. Pozitiv xanımların əylənə biləcəyi tərzdə verilişlər olacaq. Mən istər televiziya sahəsində, istər dəb sahəsində 25 ilimi vermişəm. 25 il haradasa böyük bir igid övladın ömrü kimidir. 25 ildən sonra belə bir təyinat üçün çox qürurluyam”.