Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Sələfinin xələfi: Fransanın yeni XİN rəhbərinin qərəzi – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
12.02.2024 3 Min Read

Fransa Cənubi Qafqazda sülh prosesinə mane olan dövlətlər içərisində liderliyini saxlayır. ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi nə 30 illik işğal dövründə, nə də 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh təşəbbüsü ilə bir dəfə də olsun çıxış edib. Əksinə, rəsmi Paris hər vəchlə Ermənistanda revanşist qüvvələri dəstəkləyir, silahla təchiz edir.

Ötən həftə Avropa turnesinə çıxan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada yeni həmkarı Stefan Sejurne ilə görüşüb. Yeni nazir də keçmiş həmkarı Katrin Kolonnadan fərqli mövqe ortaya qoymayıb, qərəzli, ikili standartlardan çıxış edib. Məsələn, Ermənistanın suverenliyini qeyd-şərtsiz dəstəklədiklərini qeyd edən nazir bu sırada Azərbaycanın adını belə çəkməyib. Əvəzində müttəfiq elan etdiyi İrəvanın yanında olduqlarını dilə gətirib.

Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da bildirilib ki, Sejurne Mirzoyanla Ermənistan və Azərbaycan arasında normallaşma danışıqlarını müzakirə edib. Erməni nazir Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılması, ədalətli və sabit sülhün bərqərar olması səylərini yüksək qiymətləndirib. Bildirilib ki, Fransanın Ermənistana humanitar yardımı 29 milyon avroya çatıb. Bu yardım da Qarabağı könüllü tərk edən ermənilərə ayrılıb. Qeyd edilib ki, iki nazir, həmçinin Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın gücləndirilməsi, nəqliyyat, enerji və su sahələrində infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər. Regional nəqliyyat və iqtisadi kanalların bloklanması kontekstində Mirzoyan qeyd edib ki, Ermənistan üçün vacib olan məsələlər “Sülh kəsişməsi” proqramında öz əksini tapıb.

Beləliklə, Fransa tərəfi növbəti dəfə Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasının üstündən xətt çəkmiş olub. Ümid etmək olardı ki, yeni nazir ölkəsinin qərəzli mövqeyindən əl çəkəcək. Lakin bu baş verməyib.

Əvvəla, nazir Ermənistanın suverenliyini müdafiə edəcəklərini növbəti dəfə bəyan edib. Sual olunur – Ermənistanın müstəqilliyinə kim təhlükə yaradır? Nə Azərbaycan, nə digər qonşular – Türkiyə, İran və Gürcüstan bu iddia ilə çıxış etməyiblər. Azərbaycan isə beynəlxalq hüquq prinsipləri ilə təsbit olunmuş ərazilərinin bərpasını həyata keçirib. Heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib.

İkincisi, Ararat Mirzoyan Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, o cümlədən ədalətli və sabit dünyanın yaradılmasına yönəlmiş xüsusi diqqət və səylərini yüksək qiymətləndirib. Hansı təklif və səylərdən söhbət gedir? Axı Makron hökuməti vasitəçidən çox qatı ermənipərəst mövqeyi ilə seçilib, Ermənistanı silahlandırıb, ərazi bütövlüyünü təmin edən Azərbaycanı hədələyib!

Üçüncüsü, Fransa XİN rəhbəri bəyan edib ki, Qarabağdan köç edənlərə yardımlar artırılacaq. Düzdür, rəsmi Paris müttəfiq adlandırdığı ölkəyə yardım etməkdə sərbəstdir. Ancaq məsələ ondadır ki, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalıb, yüzminlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Fransa nə həmin insanlara yardım edib, nə də hüquqlarının pozulmasından danışıb. Halbuki, münaqişənin nizamlanması ilə məşğul olan dövlət kimi ilk bunu etməli idi.

Dördüncüsü, Fransanın, daha dəqiq ifadə etsək, Prezident Emmanuel Makronun Azərbaycan qərəzi tək Qarabağ məsələsində deyil. Aİ Şurasının prezidenti Şarl Mişel İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində qələbə qazanması münasibətilə təbrik etsə də, analoji təbrik Fransadan hələ də daxil olmayıb. Bundan öncə də Fransa ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanı təbrik etməmişdi.

Beləliklə, ümid etmək olardı ki, qatı ermənipərəst XİN rəhbərini əvəz edən Stefan Sejurne Azərbaycanla bağlı Kolonnadan fərqli mövqe nümayiş etdirəcək, münasibətlərin normallaşmasına, sülh çağırışlarına dəstək nümayiş etdirəcək. Lakin bu baş verməyib. O da Kolonna kimi qərəzli mövqe ortaya qoyub. Görünən də odur ki, Makronun idarəçiliyi dövründə xarici siyasətdə davam edən xətt dəyişməz qalacaq. Bu da o deməkdir ki, xarici siyasətdə uğursuzluqlar davam edəcək. Keçmiş müstəmləkələrdən biabırcasına qovulan Fransanı uğursuzluqlar gözləyir.

Ermənistan isə anlamalıdır ki, Fransa ondan istifadə edir. Rəsmi Paris İrəvanı silahlandırmaqla onu növbəti bataqlığa sürükləyir. Odur ki, Ermənistan Fransanın çirkin və dağıdıcı, riyakar planlarına dəstək verməkdən imtina etməli, regional əməkdaşlığa, sülh prosesinə dəstək verməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyan və AİK rəhbəri regionda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər

Next

Ermənistanın mina xəritəsi oyunu: Saxta məlumatlar sülh gündəliyinə kölgə salır – ŞƏRH + FOTO

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv