Fransada ifrat sağçılar Makronun koalisiyasını üstəyə bilərlər
Fransanın ifrat sağçı “Milli birlik” və “Rekonqista” partiyaları 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdə ən yaxşı nəticələri göstərə bilər.
Bu barədə “Portland Communications” konsaltinq firmasının sorğusuna istinadən məlumat yayılıb.
Nəticələrinə görə, “Milli birlik” seçkidə 33%, “Rekonqista” isə 6% səs toplaya bilər.
Qeyd olunur ki, onlar səslərin cəmi 14%-nə iddialı olan Fransa Prezidenti Emmanuel Makronun “İntibah” partiyasının iştirakı ilə mərkəzçi koalisiyanı üstələyə bilər.
Sorğu yanvarın sonunda mindən çox insanla müsahibə əsasında keçirilib.
Mənbə: TASS