Cəmiyyət 

UĞURLARLA DOLU ŞƏRƏF YOLU…

ARANTV.AZ-ın verdiyi xəbərə görə bu gün “Aran Media Group”-un direktoru,”Aran Media” qəzetinin baş redaktoru,onlarla möhtəşəm layihənin rəhbəri,İlin müəllimi ,onlarla beynəlxalq sertifikatların, diplomların laureatı Şeyda Əzizovanın doğum günüdür. “Həzin musiqidir,şirin nəğmədir ,necə mənalıdır müəllim ömrü…”misralara,sətirlərə sığmayan şərəf yolunun şərəfli təmsilçisi olan Şeyda Əzizovanı gəlin yaxından tanıyaq. Müəllim keçmişin əmanətçisi,gələcəyin qurucusudur.Müəllim olmaq sadəcə 45 dəqiqə dərs keçmək deyil,ömürlük həyat dərsi keçə bilməkdir. Gənc nəslin formalaşmasında, yüksək təhsil almasında, bir sözlə, vətəninə, xalqına, dövlətinə bağlı mənəvi zəngin təfəkkürlü gəncliyin yetişdirilməsində Şeyda müəllim bir pedaqoq kimi böyük rol oynayır. Öz deyimi ilə desək ,sağlam ruhlu,sağlam gələcəkli sağlam cəmiyyət yetişdirmək onun başlıca missiyalarından biridir. Hər zaman gördüyü işlərdə,layihələrdə gənc kadrlara üstünlük verməsi buna nümunədir. O həm orta məktəbdə həmçinin ali kateqoriyaların təşkil etdiyi təlimlərində müxtəlif mükafatlara layiq görülmüşdür. Dünyagörüşü,məğrur duruşu,Vətən sevgisi ilə hər zaman xalqının sevgisini qazanmış Şeyda müəllimi biz də öz növbəmizdə təbrik edir,fəaliyyət illərində bol-bol uğurlar arzu edirik.Yaxşıki varsınız,hər zaman var olun!

“ARAN MEDİA GROUP”

Daha çox xəbərlər