Cəmiyyət 

Gender əsaslı zorakılıqla mübarizə təlimləri Bərdədə davam edir- VİDEO

Azərbaycanın da daxil olduğu 5 ölkədə həyata keçirilən “Qadınlar diqqət mərkəzində: Qadınlara Qarşı Zorakılıq Pandemiyası ilə Mübarizə” adlanan bu qlobal layihə Takeda qlobal əczaçılıq korporasiyası tərəfindən maliyələşdirilır. 4 əsas regionu – Gəncə-Daşkəsən, Qarabağ, Bakı və Abşeron- Xızını hədəf alan bu layihə Azərbaycanda gender əsaslı zorakılıq keyslərinin idarəetmə mexanizminin gücləndirilməsinə xidmət edir. Layihənin əsas predmetlərindən biri də gender əsaslı zorakılıqla bağlı maarifləndirmə tədbirlərini həyata keçirmək və ictimaiyətin bu sahədə daha da məlumatlı olmasını təmin etməkdən ibarətdir. Bərdədə keçirilən bu iki günlük təlimlər 4 illik layihənin 8 Mart – Beynəlxalq Qadınlar Günü kampaniyasının tərkib hissəsidir. Bakıda başlayan təlim sessiyaları hazırda Bərdədə davam edir. Bərdə əhalisi tərəfindən maraqla qarşılanan təlimlər 14 və 15 mart tarixlərində Gəncədə davam edəcəkdir. Layihədə psixoloqlar, sosial işçilər, hüquqşünaslar və bu mövzuda mübarizəyə qoşulmaq istəyən aktiv vətəndaşlar iştirak edə bilər.

Daha çox xəbərlər