Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezidentin köməkçisi CGTN kanalının “Mərkəz” proqramında Azərbaycan-Çin əlaqələrindən danışdı – FOTO

By Vüsal Rafiqoğlu
21.03.2024 3 Min Read

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radiosunun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.

Proqramın qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının ölkəmizin xarici siyasətinə, Azərbaycan ilə Çinin siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlığına, əlaqələrin inkişaf perspektivlərinə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və onun tərkib hissəsi olan Orta Dəhliz üzrə əməkdaşlığa, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə dair və digər mövzularda suallarını cavablandırıb.

H.Hacıyev Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlığının və tərəfdaşlığının daha da inkişaf etdirilərək keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladığını, iki ölkə arasında münasibətlərin ənənəvi dostluğa əsaslandığını, siyasi əlaqələrdə qarşılıqlı etimadın və dialoqun formalaşdığını, iqtisadi-ticari, mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlığın qurulduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirdiyini diqqətə çatdırıb. Azərbaycanın vahid Çin prinsipini dəstəkləməsi və Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daim dəstəyi qeyd olunub. Prezidentin köməkçisi yüksəksəviyyəli mütəmadi qarşılıqlı səfərlərin iki ölkənin əməkdaşlığının, dialoqunun möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bu ilin fevralında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev bildirib ki, həmin seçki müstəqil Azərbaycanın tarixində ölkənin bütün suveren ərazisində keçirilmiş ilk seçki kimi tarixə düşüb. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hərbi təcavüz və separatizm səbəbindən ölkənin bütün ərazisində seçkinin keçirilməsi mümkün olmamışdı. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə dair xalqa verdiyi vədi yerinə yetirməyə müvəffəq olub. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Regionda Azərbaycanın yaratdığı status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanır. Fevralda keçirilmiş və Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnmiş seçki Azərbaycan tarixi üçün mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni hədəflərə yolunu da açıb. Bu gün rəsmi Bakı daha fəal xarici siyasət yürütməkdə qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.

Proqramda qeyd olunub ki, son illər Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində “Bir kəmər, bir yol” təşəbbüsü xüsusi rol oynayır. Bu xüsusda Orta Dəhlizin imkanlarından maksimum dərəcədə istifadə olunmasının gələcəkdə iqtisadi-ticari münasibətlərə böyük töhfələr verəcəyi vurğulanıb. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi əlaqələrini nəzərə alaraq Çin-Mərkəzi Asiya-Azərbaycan formatında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərtlərlə fəaliyyəti üçün davamlı iş aparır.

Verilişdə Azərbaycan və Çinin ikili standartlarla üzləşməsi, bəzi Qərb ölkələrinin digərlərinin daxili işlərinə qarışması, başqalarına dərs keçmək və ya moizə oxumaq cəhdləri qınanılıb.

Verilişdə Azərbaycanda yaşıl keçid, yaşıl inkişaf siyasətindən söz açılıb, bu istiqamətdə Çinin rəsmi Bakının vacib tərəfdaşı olduğu, ölkələrimizin sözügedən sahədə yaxşı əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb. Qeyd olunub ki, COP29-a ev sahibliyi barədə qərar zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın yaşıl keçidlə bağlı qəti iradəsinin təcəssümüdür. Bu cür tədbirlər Azərbaycanın yaşıl keçid, rəqəmsal inkişaf ilə bağlı prioritetlərinin həyata keçməsinə töhfə verəcək. Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənub və Qlobal Şimal arasında həmrəyliyə, konsensusa nail olmaq istiqamətində çalışacağı, inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələr və ətraf mühit dəyişmələrinin fəsadları ilə daha qabarıq şəkildə üzləşmiş kiçik ada ölkələrinin problemlərinin eşidilməsi üçün səylərini əsirgəməyəcək.

Proqramda iki ölkə arasında turizm əlaqələrindən də söz açılıb, bu xüsusda dünyanın ən böyük turist bazarlarından olan Çindən ölkəmizə daha çox səyahətçinin cəlb olunması üçün görülən işlərdən danışılıb. Eyni zamanda, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin, Bakı ilə Pekin arasında birbaşa uçuşların bu işə töhfə verdiyi vurğulanıb, Azərbaycan ilə Çinin regionları arasında əməkdaşlıqdan bəhs olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər

Next

Bu gün Beynəlxalq Meşələr Günüdür

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv