Hadisə 

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub.

Qəza nəticəsində rayon sakinləri – 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər