Region Xəbərləri 

Bərdədə canavar təsərrüfata hücum çəkib VİDEO

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə rayonunun Tumaslı kəndində, Rıza Hüseynova məxsus təsərrüfatda baş verib. Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30 başın isə yaralayıb. Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Qeyd edək ki, təsərrüfat sahibi bildrib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.

Daha çox xəbərlər