Hadisə 

Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, dörd qumbara, iki qumbaraatan, beş süngü bıçaq bir alışdırıcı, 75 patron darağı, 1 870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, bir tapança, iki patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daha çox xəbərlər