Region Xəbərləri Təhsil 

Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8 -ci ildönümü münasibətilə anım tədbir keçirilib VİDEO

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverünliyimiz uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Səbinə Yusifova tədbiri açılış nitqi ilə başlayaraq, bütün şəhidlərə Allahdan rəhmət dilədi.
Tədbirdə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Ziya Həsənov və Səbuhi Musayevin əzizləri və digər şəhid ailəsi üzvləri, qazilər,müharibə veteranları,rayon içtimayəti iştirak ediblər.
Çıxış edənlər onu da qeyd ediblər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu.44 günlük Vətən müharibəsində qazanılan qazanılan böyük qələbəyə yaradıb.
Aprel döyüşlərində iştirak etmiş qazilər və Qarabağ müharibəsi iştirakçıları ,müharibə veteranları keçdikləri şərəfli döyüş yolundan və döyüşçü yoldaşlarının şücaətlərindən bəhs ediblər. Məktəblərdə gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edən belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıblar.
Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş
”Aprel döyüşləri zəfərə aparan yol”adlı ədəbi-bədii kompazisiyada vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söyləyiblər.
Sonda Tədbirin təşkilatçısı Tamella Hüseynova şəhidlərin xatirə şəkilləri əks olunan təqvimləri şəhid ailələrinə, və tədbir iştirakçılarına təqdim edib.

Daha çox xəbərlər