Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa…

By Vüsal Rafiqoğlu
18.04.2024 2 Min Read

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum – 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib.

Bəs builki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi?

Mövzuya təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarının builki nəticələri kifayət qədər rezonans doğurub:

“Çünki bu dəfə Azərbaycanın təhsil tarixində olmayacaq qədər abituriyent maksimum nəticə topladı. Bu imtahanda maksimum bal 300 idi və 53 məzun da bu balı toplaya bilib. Əgər əvvəlki illərdə 2-3, maksimum 5 məzun ən yüksək hədəfə çatırdısa, bu il bu göstərici kifayət qədər böyük oldu.

Bunun da bir neçə səbəbi var.

Səbəblərdən biri odur ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtahanı modelində monitorinq imtahanları keçirib. Son üç ilə qədər belə bir hal yox idi. Ədalət naminə deyək ki, nazirlik orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün böyük işlər görür. Xüsusən də qiymətləndirmə və monitorinqlərin buraxılış imtahanlarına uyğun şəkildə keçirilməsi bugünkü nəticəyə öz təsirini göstərib. İndiyə qədər abituriyentlər test tapşırıqları ilə tanış deyildi. Amma indi onlar test tapşırıqları ilə yaxından tanış olmuşdular. Bu tanışlıq da imtahanın nəticələrinə öz təsirini göstərib”.

Kamran Əsədov digər səbəbdən də danışıb:

“Digər səbəbsə odur ki, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı suallar artıq müəllimlərə və repetitorlara məlumdur. Ona görə də imtahan modeli və suallar tanış olduğu üçün məzunların yüksək nəticə göstərməsi təəccüblü deyil. Belə demək mümkünsə, müəllimlər DİM-in sirrini artıq çözüblər. Buraxılış imtahanındakı bu uğur I və IV qruplar üzrə qəbul imtahanında müsabiqəni xeyli gücləndirəcək.

Amma digər qruplarda balların qalxma ehtimalı yoxdur. Görünən odur ki, bu il universitetlərin qəbul planı yerləri xeyli dərəcədə artacaq və bəlkə də 60 mini keçəcək.

Müqayisə etsək, görərik ki, 2010-cu ildə universitetlərin qəbul plan yeri 29 min idi. Bu il Qarabağ və Azərbaycan-Türkiyə universitetləri də fəaliyyətə başlayacaq. Bu da qəbul planını artıracaq.

Amma yadda saxlayaq ki, buraxılış imtahanında ortalama bal yüksək deyil. Bu il də ortalama bal 120-130-dur. Sonda onu da deyim ki, builki imtahan sualları ötənilki suallarla müqayisədə xeyli asan idi. Bu mübahisəsiz belədir. Test tapşırıqlarında 30-40 faiz asanlaşma var. Bu da nəticəyə öz təsirini göstərib”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar – Foto

Next

Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi – FOTOLAR, VİDEO

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv