Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tarixdə ilk – sərhəddə demarkasiya dirəyinin yaratdığı yeni situasiya

By Vüsal Rafiqoğlu
25.04.2024 5 Min Read

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Elə aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Bu artıq o deməkdir ki, delimitasiya üzrə konkret anlaşmalar icra olunur, ilk dirəyin quraşdırılması artıq demarkasiya anlamına gəlir.

Bu, tariximizdə bir ilk kimi qiymətləndirilə bilər. 1918-20-ci illərdə bunu müəyyən etmək mümkün olmayıb, sovet dövründə isə sərhədlər sənəd, xəritə üzərində bəlli olsa da, ümumittifaq anlayışına görə buna konkret əməl edilməyib. Müstəqilliyimizin bərpasından sonra isə ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal edildiyindən yalnız indi sərhədlərimizi tam dəqiq müəyyənləşdirməyə başlamışıq. Artıq ilk demarkasiya dirəyi quraşdılıb. Prosesi artıq tam razılaşma kimi başa düşmək olarmı?

Abutalib-semedov-121-900x604.jpg (83 KB)

Abutalıb Səmədov: “Dünyada bəlkə də ilk dəfə delimitasiya və demarkasiya məsələlərinin tamamilə yeni bir forması tətbiq olunub”

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında həqiqətən tarixi günlər yaşanır. Dünyada bəlkə də ilk dəfə delimitasiya və demarkasiya məsələlərinin tamamilə yeni bir forması tətbiq olunub. Yəni indiyə qədər belə bir praktika mövcud olmayıb: “Praktikada belə olub ki, əvvəlcə delimitasiya işləri aparılıb, xəritələr üzərində sərhədlər müəyyənləşdirilib və bundan sonra tərəflər arasında müqavilə imzalanıb, sonradan artıq yerdə sərhəd dirəkləri basdırılaraq demarkasiya prosesinə keçilib. Ancaq indi Azərbaycan-Ermənistan nümunəsində yeni praktika yaşandı – razılaşma əldə olundu və dərhal sərhəd dirəkləri basdırıldı. Bu, Ermənistan cəmiyyətində də təəccüb yaradıb. Belə bir şey dünyada heç vaxt olmayıb. Bu yaxşı təcrübəni Azərbaycan və Ermənistan dünyaya təqdim etdi. Bu, Ermənistan rəhbərliyinin prosesə nə qədər əhəmiyyət verdiyini göstərməklə yanaşı, nə qədər çəkindiyini də göstərir. Müstəqillik illərində Azərbaycana qarşı törədilən hüquqazidd hərəkətlər Ermənistanda böyük qorxu yaradıb ki, eyni şeyi Azərbaycan da onlara qarşı eləyə bilər. Bu gün Azərbaycan hər cəhətdən Ermənistandan dəfələrlə güclüdür. Bu səbəbdən Ermənistanın baş naziri prosesi mümkün qədər tez yekunlaşdırmaq istəyir. Özü sərhəddəki kəndlərə gedir, əhalini başa salmağa çalışır, etiraz eləyənlərə qarşı qanunun sərt üzü tətbiq olunur. Bir sözlə, tarixi proses artıq başlayıb, ilk dirəklər basdırılıb və prosesin sürətlə başa çatdırılması üçün real şərait var. Lazımdır ki, bu qətiyyəti Ermənistan hakimiyyəti bundan sonra da göstərməyə davam eləsin. Güman edirəm ki, bu cür davam eləsə, biz ürək rahatlığı ilə deyə bilərik ki, artıq tam razılaşma var və qısa müddətdə dünyada bənzəri olmayan delimitasiya və demarkasiya işləri həyata keçiriləcək”.

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, son dörd ildə tarixi hadisələr kimi səciyyələndirilən geostrateji yeniliklərə daha birisi əlavə edildi: “Yeni müharibəyə səbəb olacaq potensiala malik Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə edilən razılıq və sərhəd dirəklərinin basdırılmağa başlanması sülh ümidlərini yenidən artırdı. Beləliklə, 44 günlük müharibədən sonra sülhə gedən yolda ciddi dönüş yarandı. Əslində hadisələrin son kəndlərimizin də işğaldan azad olunmasına qədər gəlib çıxması 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycanın həyata keçirdiyi olduqca mürəkkəb və çətin  hərbi-siyasi və diplomatik prosesin son həlqələrindən biri kimi qiymətləndirilməlidir. Qısaca olaraq  bu mühüm prosesin ardıcıllığına nəzər salsaq, görəcəyik ki, əgər Laçın yolu, Qırxqız, Fərrux, Sarıbaba əməliyyatlarından keçib, nəhayət, 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatına qədər gəlib çıxa bilməsəydik, Qazax rayonunun 4 kəndinin azad olunması ilə əlaqədar razılığa da gələ bilməzdik. Yəni bu mühüm hadisələrin hər biri vahid bir strateji kursun ardıcıl həlqələri idi. Nəzərə almaq lazımdır ki, söylədiyimiz ardıcıllıq üzrə hərbi-strateji prosesin idarə olunması və məntiqi nəticəyə çatdırılması həm dövlətlərarası münasibətlərə, həm də beynəlxalq təşkilatlar müstəvisində Azərbaycana qarşı görünməmiş siyasi təzyiqlər altında baş tuturdu. Ancaq Azərbaycan təqribən yarım il öncə 100 illik problemi, yəni 1923-cü ilin noyabr ayında Azərbaycan ərazisində yaradılan və milli dövlətimizin təməllərinin altına uzunmüddətli mina kimi basdırılan “Qarabağ” adlı problemi 2023-cü ilin sentyabr ayında 23 saatlıq əməliyyatla birdəfəlik aradan qaldırmaqla, Prezident İlham Əliyevin dediyi kimi, sülhə gedən yolda əsas maneəni ortadan götürməyi  bacardı. Regionda sülhün əldə edilməsi üçün yeni imkanların yarandığı bir vaxtda aprel ayının 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünün keçirilməsi ilə neokolonist və islamafob güclər yenidən sülh perspektivinə ciddi zərbə vurdular. Ancaq bu sürətli diplomatik həmlələrə baxmayaraq, Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən və məqsədlərindən bir addım da geri çəkilmədi. Nəticədə sülhə gedən yolda daha bir maneəni aradan götürməklə bu gün şahidlik etdiyimiz ən yeni siyasi reallığı yarada bildi”.

Hikmət Babaoğlu: "Deputatların kompüterləri yenilənməlidir"

Hikmət Babaoğlu: “Bu təcrübə digər mürəkkəb, yaxud mübahisə doğuran sərhəd hissələrində də razılaşma əldə etmək üçün bir nümunə olacaq”

H.Babaoğlu qeyd etdi ki, əksər analitiklərin kəndlərimizin azad olunması üçün Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalını proqnozlaşdırdıqları bir vaxtda kəndlərin dinc şəkildə geri qaytarılması və delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi barədə  razılaşmanın əldə edilməsi, razılaşmadan az sonra nəzərdə tutulanların praktiki həyata keçirilməsinə başlanması sülhə doğru kəskin dönüş kimi qiymətləndirilməlidir: “Radikal ermənilər bu kəndlərimizin qaytarılmasını həm daxili auditoriyaya, həm də xarici siyasət platformalarına Ermənistan dövlətinin sonunun başlanğıcı kimi təqdim edərək məsələni siyasi drama çevirirdilər. Elə siyasi-ideoloji xaos yaratmışdılar ki, sanki Azərbaycana məxsus olan kəndlərin qaytarılması və sərhədin müəyyənləşdirilməsi Ermənistan dövlətinin siyasi intiharı olacaqdı. Ancaq tam əksinə, həqiqət ondan ibarətdir ki, bu problemin diplomatik razılaşma əsasında həll edilməsi Ermənistanın siyasi intiharı yox, xilası kimi qiymətləndirilməlidir”.

Deputatın sözlərinə görə, bu razılaşmanın uğurla davam etməsi bir sıra problemlərin həlli üçün universal açara çevrilə bilər: “Məsələ ondadır ki, razılaşmada Ermənistan-Azərbaycan sərhədinin ən çətin hissələrinin birində delimitasiya və demarkasiyanın eyni  vaxtda həyata keçirilməsi, yəni sərhədlərin tam müəyyənləşdirilməsi, sərhəd mühafizə məntəqələrinin yaradılması, hər iki ölkənin sərhəd qoşun hissələrinin əraziyə yerləşdirilməsi nəzərdə tutulurdu ki, aprelin 23-dən məhz bu prosesə start verilib. Bu, sərhədin bir hissəsində prosesin tam başa çatdırılması deməkdir. Yəni proses bundan sonra da uğurla yekunlaşarsa, o zaman artıq istinad edilməli bir təcrübə yaranmış olacaq və bu təcrübənin metodikası digər mürəkkəb, yaxud mübahisə doğuran sərhəd hissələrində də razılaşma əldə etmək üçün bir nümunə olacaq. Müharibəyə daha yaxın hesab edilən bir vəziyyətdə sülhə doğru kəskin bir dönüşə şahidlik etdik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Next

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv