Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nəşi tapılan şəhidin xanımı: “Altıncı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb” – FOTO

By Vüsal Rafiqoğlu
02.05.2024 3 Min Read

Neftçala şəhərində anadan olan və Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən, şəhid leytenant Əliyar Ələkbərovun nəşinin qalıqları 30 ildən sonra Gəncə şəhərində aşkarlanıb.

Şəhidimizin həyat yoldaşı Dilarə Ələkbərova bu haqda Moderator.az-a danışıb.

“Əliyar 1993-cü ilin oktyabr ayında könüllü olaraq döyüşlərə gedib. Sonuncu dəfə evə dekabrın 26-da oğlunun ad günündə gəlib. 1994-cü ilin fevral ayının 15-də bizə xəbər gəldi ki, Əliyar Kəlbəcər istiqamətində, Murovdağda itkin düşüb. O, rabitə taqımının komandiri olub. Əliyarı döyüşlərə yola saldığım gün indiyə kimi yadımdadır. Gözlərimin önündən getmir. Həmin günü çox ağladım. Dedim ki, bizi kimə tapşırıb gedirsən? Dedi ki, dayım sizə baxacaq. Atama dayı deyirdi. Biz onunla qohumuq, bibinəvəsi-dayınəvəsiyik. Dedim ki, niyə belə deyirsən?! Qızım qucağında idi, uşağı verdi mənə. Sonra oğlunu qucağına götürüb həyətə çıxdı. Həyətdə 1-2 addım gedəndən sonra oğlanı da gətirib mənə verdi. Üzünü çevirib çıxıb getdi. Övladlarım 5-ci, 6-cı sinifdə oxuyana qədər onlara bu haqda heç bir məlumat verməmişik. Həmişə fikirləşiblər ki, atamız hardasa cəbhədədir, düşmənlə vuruşur. Bir dəfə bizi Beynəlxalq Qızıl Xaç Komitəsindən dəvət etmişdilər. Qapı arxasından uşaqlar eşitmişdilər ki, ataları itkin düşüb. Sonra mənə dedilər ki, biz hər şeyi bilirik. Böyüyəndən sonra da iki övladımla oturub danışırdıq”, – deyə şəhid xanımı bildirib.

Dilarə xanım deyir ki, bu illər ərzində axtarmadıqları yer qalmayıb:

“Bu illər ərzində əlimiz çatan yerlərə müraciət etdik. İtkin düşəndən sonra rəhmətlik qardaşı, mənim atam Gəncəyə, Hacıkəndə qədər gedib axtardılar. Gəncədə olan hospitalları da gəzmişdilər, soraq salmışdılar, amma tapa bilməmişdilər. Söhbət 1994-cü ildən gedir. Bildiyimə görə, bir neçə cənazə var ki, həmin vaxt ailələrinə çatdırılmayıblar, elə orada dəfn olunublar. Hələ bir neçə il bundan öncə mən İmişlidə belə bir məzarlığın olduğunu bildim. Oranın axundu ilə əlaqə saxladım. Əliyarın 1994-cü ilin fevralında itkin düşdüyünü dedim. Dedi ki, dəfn olunanlar 1993-cü ilin yanvar ayının şəhidləridir. Xahiş etdim ki, dəfn olunarkən çəkilən şəkilləri mənə göndərin. Şəkilləri mənə göndərdi. Həlak olanların üzləri görünürdü. Mən onların fotosuna baxdım. Əliyarı onların içində tapmadım. Bildiyimə görə, Tərtərdə də, Füzulidə də belə məzarlıqlar var. Amma indi hamısı DNT üçün açılıb. Ağlıma gəlməzdi ki, 30 ildir onu Gəncədə naməlum şəhid adı altında dəfn ediblər. Biz dəfələrlə Gəncədə olmuşuq, İmamzadə ziyarətgahına getmişik. Bizim xəbərimiz olmadan o da orada uyuyurmuş. Mənə ən çox təsir edən bu oldu. Çox sevindim ki, məzarı olub, rahat, sakit yatıb. Düşmənə əsir olmayıb. Bilirsiniz ki, düşmənlər igidlərimizi necə zülmlə, işgəncə ilə öldürüblər. Həmişə Allaha yalvarırdıq ki, Əliyar düşmənə əsir düşməsin. Bir tərəfdən də 30 il bundan əvvəlki günlərimizi yenidən yaşadıq. Övladları da, mən də. 2015-ci ildə DNT analizi qaynımdan, rəhmətlik anasından, övladlarından və məndən götürüldü. Bilmirik ki, qalıqlarını bizə nə vaxt təhvil verəcəklər. Bu, bir az vaxt ala bilər. Hələ ki, əllərində 16 nəfər var, onları təhvil verməlidirlər. Nəşini Bakıda dəfn etmək istəyirik. Əslimiz, kökümüz Neftçaladan olsa da, burada yaşamışıq. Əliyar da cəbhəyə Bakıdan yola düşüb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Altı türk dövləti Şuşada film çəkəcək – FOTO

Next

Bazar günü imtahan olacaq

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv