Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Ali məktəblərə qəbul planının artırılması zərurəti – səbəb…

By Vüsal Rafiqoğlu
09.05.2024 5 Min Read

Ekspertlər hesab edir ki, Azərbaycanın qarşıdakı dönəmində kadr bazasının möhkəmləndirilməsi üçün xüsusilə tibb və pedaqoji sahələrdə qəbul planı xeyli çoxaldılmalıdır

Ali məktəbə qəbul olmaq istəyən abituriyentlər bu ayın sonu və gələn ayın əvvəlində imtahan verəcəklər. Hazırda onların ən gərgin dövrüdür. Bəllidir ki, bu il buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayı ötən illərlə müqayisədə daha çoxdur.

Qəbul imtahanlarında da yüksək nəticələr göstərən abituriyentlərin sayının çox olacağı gözlənilir. Bu, olduqca mühüm məsələdir, çünki faktiki olaraq Qarabağda məskunlaşma intensivləşdikcə, orada yaşayış bərpa olunduqca qarşıdakı dövrlərdə spesifik sahələrdə (müəllim, həkim, mühəndis və s. ) daha çox kadr bazasının yaranmasına ehtiyac var. Yəni qəbul planının artırılması zərurəti ortadadır, yüksək nəticələr göstərənlərin çoxluğu isə plan yerlərinin boş qalmayacağını deməyə əsas verir.

Ekspertlər hesab edir ki, Azərbaycanın qarşıdakı dönəmində kadr bazasının möhkəmləndirilməsi üçün xüsusilə tibb və pedaqoji sahələrdə qəbul planı xeyli artırılmalıdır. 

Yeri gəlmişkən, Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması tələbələr üçün böyük imkanlar ortaya qoyur. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması, eləcə də Türkiyə-Azərbaycan Universitetinin təsis edilməsi dövlət tərəfindən ali təhsil sahəsinə ayrılan diqqətin təzahürüdür.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə demişdi ki, ali məktəblərə qəbul planının artırılması gözlənilir. Ali məktəblərə əlavə olaraq 11000 tələbənin qəbul olunması, yüksək peşə təhsili olan tələbələrin sayının 10 000 artırılması nəzərdə tutulur.

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov 

Təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “Yeni Müsavat”a deyib ki, bu il ali məktəblərin plan yeri artacaq: “Yeni ali təhsil müəssisələri fəaliyyətə başlayır, bu o deməkdir ki, tələbə adını qazanmaq çətin olmayacaq. Bu il də sənəd verənlər arasında müsabiqə şərtini ödəyənlərin sayında kəskin fərq olmayacaq. Mart ayının 3-ü və 10-keçirilən buraxılış imtahanlarından sonra 53 nəfərin 300 bal toplaması valideyn, şagird və abituriyentlər arasında ciddi ajiotaja səbəb olmuşdu. Artıq ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə qəbulu başa çatıb və ixtisas qrupları üzrə sənəd verənlərin sayı vəziyyətin təhlükəli olmadığını göstərdi.

Belə ki, bu il I ixtisas qrupu üzrə 30134 abituriyent ərizə verib. Keçən il bu rəqəm 28864 nəfər idi ki, bu da 1274 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 18.386 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 12 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. I ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlər ali məktəbə qəbul ola biləcək. Keçən il bu 28864 nəfərdən 10882 nəfər 200-dən çox bal toplamışdı”.

Ekspert əlavə edib ki, 2024-cü ildə II ixtisas qrupu üzrə 23950 abituriyent ərizə verib: “Keçən il bu rəqəm 23171 nəfər idi ki, bu da 781 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 13.285 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 11 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlər ali məktəbə qəbul ola biləcək. Keçən il 23171 nəfərdən cəmi 6803-nəfər 200-dən çox bal toplamışdı ki, bu da 2-ci qrupda hər kəsin az balla ali məktəbə qəbuluna imkan vermişdi.

Bu il III ixtisas qrupu üzrə 25139 abituriyent ərizə verib. Keçən il bu rəqəm 22149 nəfər idi ki, bu da 2987 nəfər artım deməkdir. Keçən il III ixtisas qrupu üzrə 16.067 plan yeri ayrılmışdı. Heç kim narahat olmasın ki, 8 mindən çox abituriyent “kəsiləcək”. Bu da yanlış yanaşmadır. III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il 22149 nəfərdən 14635 nəfər 200-dən çox bal toplamışdı. Bu il də belə bir rəqəmə yaxın olacaq. 

2024-cü ildə IV ixtisas qrupu üzrə 5925 abituriyent ərizə verib. Keçən il bu rəqəm 5574 nəfər idi ki, bu da 352 nəfər artım deməkdir. Keçən il IV ixtisas qrupu üzrə 4100 plan yeri ayrılmışdı. Heç kim narahat olmasın ki, 2 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. I ixtisas qrupu üzrə 150-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il bu 5574 nəfərdən 3477-nəfər 200-dən çox bal toplamışdı”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin ötən il üçün ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair statistik məlumatlarında qeyd edilir ki, ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Mərkəzdən verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qeyd olunan rəqəmləri 2022-cü ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, 2023-cü ildə tələbə adını qazananların sayının daha da artması müşahidə edilib. Ötən ilə nisbətən tələbə olanların sayı 3100 nəfər daha çox olub. Dövlət sifarişi əsasında qəbul olunanların sayı ötənilki göstəricidən 1550 nəfər çoxdur.

Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30%, IV ixtisas qrupunda 15.56% artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi.

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolmuşdu (98.35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksək idi. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub.

Məlumat üçün qeyd edək ki, ötən il I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalmışdı. Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub. Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Ötən il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1665 nəfər daha çox olub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hakimiyyətlə müxalifət arasında saziş təklifi – Türkiyə təcrübəsi…

Next

Sülh COP 29 ərəfəsi baş tuta bilər – gözlər Cənubi Qafqazda ikən…

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv