Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şirnikləndirici iş və biznes elanlarına inanmaq olarmı?..

By Vüsal Rafiqoğlu
24.05.2024 3 Min Read

Xaricdən gələn pullu təkliflər isə daha təhlükəlidir

Hər bir insan həyatını daha da yaxşılaşdırmaq, rifah içində yaşamaq üçün təbii ki, pul qazanmalıdır. Özü də halal yolla. Ancaq bir çox şəxslər peyda olublar ki, onlar heç bir zəhmət çəkmədən və haram yolla pul əldə etmək üçün dələduzluq etməyi seçiblər.

Son vaxtlar kiberdələduzluq, onlayn yolla vətəndaşların bank hesablarından pulların çıxarılması halları xeyli artıb. İş o yerə çatıb ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu barədə əhalini dəfələrlə xədərdar edərək tanımaqıqları şəxslərə hesab nömrələrini göndərməməyi tövsiyə edib. Təəssüf ki, sürətlə yayılan bəla təkcə bundan ibarət deyil.

Sosial şəbəkələrdə, bəzi qəzetlərdə və saytlarda şirnikləndirici iş elanları verilir. Bəzən elə cəzbedici əmək haqları təklif olunur ki, bir çoxları inanır və şəbəkənin toruna düşür. Oradan itkisiz çıxmaq çətindir. Ofisə dəvət olunan insanlara ilkin ödəniş etdirdikdən sonra xeyli şirin vədlər verilir. Aldadılmış  adam düşünür ki, taleyi üzünə gülür, bir neçə aya yaxşı qazananlar və firavan yaşayanlar sırasına daxil ola biləcək. Elələri də olur ki, xəyalındakı fantastik həyata tezliklə qovuşmaq üçün banka gedərək ağır kredit altına girir. Bəziləri isə maşınını, ailəsinin qızıl-zinət əşyalarını, hətta yaşadığı evini sataraq bu məqsədə xərcləyir. Ailəsi ilə kirayə mənzillərdə yaşamalı olur.

Yəqin yaşlı və orta nəslin yadında olar. 1990-cı illərin sonunda Bakıda ipə muncuq düzmə “biznesi” tüğyan edirdi. “Əməliyyatı” keçirən bir qrup dələduz insanlardan pul alıb onlara darı muncuq verir və tapşırırdılar ki, eyni rəng yan-yana düzülməsin, yoxsa əmək haqqı verməzlər. Əmək haqqı isə yüksək idi. Buna aldanan adamlar bəzən üç yüz, beş yüz manat ödəyib muncuq götürürdülər. Hesablamaya görə onlar işi qüsursuz yerinə yetirsələr iki min, üç min manat pul qazanacaqdılar. İlk günlər işbazlar bəzilərinə şirnikdirici məbləğdə əmək haqqı verib inam qazandılar. Pul onların cibinə sel kimi axdı. Lakin  pulların miqdarı milyonlara çatanda dələduzlar günlərin birində qeyb oldular.

Odur ki, bu cür elanlar mütləq şəkildə araşdırılmalı və barələrində qanuni tədbirlər görülməlidir. Qeyd etməliyik ki, bu qəbildən olan məsələ şəbəkə biznesləri deyil.  Şəbəkə biznesinə qarşı ciddi tədbirlər görülsə də ancaq internet vasitəsi ilə bunlar yenə də həyata keçirilir və yeni aldadılanlar dəstəsi ortaya çıxır. Bu sahədə həmişə kütləvi maarifləndirmə tədbirlərinə ehtiyac var.   İkinci vacib hesab olunan məsələ onlayn oyunların aludəçilərinə aiddir. İnternetdə müxtəlif oyunlar təklif olunur və vətəndaşlar ciddi şəkildə zərərçəkənlərə çevrilir. Bəzi işbazlar internet vasitəsi ilə oyun platformalarını satır və adamlar onları pulla alaraq şəbəkə biznesi yaradır. Ya bacarıqsızlıq, ya da elə dələduzluq yolu ilə yüzlərlə vətəndaşı tora salaraq həyatlarını alt-üst edirlər.

Demək olar ki, mobil telefonu olanların hamısına xaricdən adını-soyadını dəyişmiş, şəxsiyyəti məlum olmayan adamlar mesaj göndərərək guya varisi olmayan bir milyonçunun pullarını bankdan çıxarıb bölməyi təklif edirlər. Əksər hallarda eyni şəxs müxtəlif profillər açaraq hər birindən mobil telefon istifadəçilərinə belə “işgüzar” və şirnikdirici təkliflər edir. Pulu bankdan çıxarıb “qardaş malı” kimi bölmək üçün isə onları hansısa xarici ölkəyə dəvət edirlər. Bu, aldadıcı bir tələdir və qətiyyən ona uymaq olmaz.

Hər kəs müxtəlif yollarla pul qazanmaq istəyir ki, bu, bir təbii hissdir. Bir çoxları da internet platformaları üzərindən. İnsanların azad bazar düşüncəsini, sərbəst biznes qurmaq və işlətmək təşəbbüslərini boğmaq olmaz. Amma hər şey halal olmalıdır. Onun üçün də internet platformaları vasitəsi ilə oyunlar biznesi sahəsində monopoliya sisteminə son qoyulmalı və dövlət tərəfindən nəzarət olunmalıdır ki, heç kim gizli yollarla iş görmək arzusuna düşməsin. Bu, həm  də vergidən yayınma hallarına aparıb çıxarır. Beləliklə, eyni zamanda vergi cinayəti törədilir. Ona görə də belə dələduzlardan uzaq durmaq ən düzgün çıxış yoludur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hər il milyonlarla gənc tütün sənayesinin qurbanı olur

Next

Vəfat edən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilərlər?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv