Bu gün günorta saatlarında Sabirabad rayonunda bədbəxt hadisə nəticəsində 29 yaşlı sakin dünyasını dəyişib.
ARANTV.AZ virtualaz.org-a istinadən bildirir ki, rayonun Mürsəlli kənd sakini İlkin Qənimət oğlu Şükürov əmisinin həyətində su nasosunu işlədərkən ehtiyatsızlıq edib və elektrik cərəyanı onu vuraraq öldürüb.
İlkin Şükürov 2 azyaşlı uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır.
