Tovuzda minik maşını Kürdə batıb, ölənlər var
Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.
ARANTV.AZ-ın məlumatına görə, VAZ-2107 markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüblər. Onlardan T.İbrahimov çaydan çıxa bilib.
Digərlərinin axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.

