Cəmiyyət 

“İndi satışda gördüyümüz qarpızın yetişdirilməsi üçün kimyəvi qatqılardan istifadə olunur” – Ekspert

Qarpız mövsümünün hələ başlamamasına baxmayaraq satışda görürük. Bəs bu qarpızlar orqnizmimizə nə dərəcədə zərərlidir?

Qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib ki, indi satışda gördüyümüz qarpız tamamilə zərərlidir, çünki yetişdirilməsi üçün müxtəlif kimyəvi qatqılardan, dərmanlardan istifadə olunur:

“Qarpız tərkibindəki maye və antioksidant quruluşa görə əhəmiyyətli bir qida qaynağıdır, ürək sağlamlığını qoruyur, əzələ ağrılarını azaldır, çəki nəzarətini, həzm sistemini və dəri sağlamlığını dəstəkləyir. Həm də bir çox xroniki xəstəliklərin qarşısını alır. Bundan əlavə, qarpız yemək şirniyyat istəyini yüngül şəkildə aradan qaldırmaq üçün yaxşı bir yoldur.

Qarpızın tərkibində A,C vitaminləri, lif, maqnezium, kalium, protein vardır.

Bütün bu sadaladıqlarım mövsümündə yetişdirilən və yeyilən qarpıza aiddir. İndi satışda gördüyümüz qarpız tamamilə zərərlidir, çünki yetişdirilməsi üçün müxtəlif kimyəvi qatqılardan, dərmanlardan istifadə olunur.

Ona görə də dadsız, rəngsiz, iysiz və heç bir faydası olmayan qarpızı şişirdilmiş qiymətlə alıb yemək əvəzinə biraz səbrli olun, iyulun axırı, avqust ayını gözləyin!

Sağlam qidalanaraq sağlam yaşayın!”

Daha çox xəbərlər