Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

CƏSARƏT – O, hər liderdə olmur

By Vüsal Rafiqoğlu
11.06.2024 4 Min Read

Azərbaycan Quzey Kıprıs Türk Cümhuriyyətini (QKTC) tanımaq yolunda irəliləyir – Prezident İlham Əliyev ada türk dövlətinin Prezidenti Ersin Tatarı Türk Dövlət Başçılarının qeyri-formal Zirvə Görüşü üçün Şuşaya dəvət edib. Bugünlərdə isə QKTC Cümhuriyyət Məclisinin başqanı Zorlu Törəni digər türk parlament başqanları ilə birgə qəbul etdi, ürək sözlərini bölüşdü… QKTC-nin də Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvünə çevriləcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti dedi: “Azərbaycan bu gün buna ikiəlli səs verir və bu, birliyimizin nə qədər səmimi olmasını bir daha göstərəcək”!

Azərbaycanın Türk dünyasının bütövlüyü üçün necə çalışdığını, hansı örnəklər yaratdığını görməmək sadəcə mümkün deyil. Özəlliklə, İlham Əliyevin bu il fevralın 14-də Milli Məclisdə Andiçmə törənindəki unudulmaz nitqi, “Bizim ailəmiz Türk dünyasıdır” deməsi Azərbaycanın, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) gələcək yol xəritəsini göstərmiş oldu.

Azərbaycan Prezidenti qardaş ölkə başçıları ilə ikitərəfli, üçtərəfli görüşlərdə, TDT-nin ötən illərdəki Zirvə görüşlərində, digər beynəlxalq platformalarda türk birliyi ilə bağlı unudulması mümkünsüz ismarıclar verib. İlham Əliyev bu ilki Prezident seçkilərindən sonrakı ilk dövlət səfəri ilə Türkiyədə olarkən də ortaq evimizə, ailəmizə, ocağımıza vurğu etdi. Prezidentin TÜRKPA üzvü olan qardaş ölkələrin parlament başçıları ilə görüşdə (özü də məhz QKTC Cümhuriyyət Məclisi başqanının çıxışına cavab olaraq) dediyi sözlərə diqqət edək: “Türk Dövlətləri Təşkilatının tarixçəsinə baxsaq görərik ki, bu, böyük yol keçmiş bir təşkilatdır. …Mən 20 ildir ki, ölkə Prezidenti kimi bu prosesdə fəal iştirak edirəm. Bu 20 il ərzində mən bizim təşkilatımızın müxtəlif mərhələlərini nəinki görmüşəm, bunu yaşamışam. Müxtəlif dövrlər var idi. Vaxt var idi ki, Zirvə görüşləri bir neçə il keçirilmirdi. Vaxt var idi müxtəlif səbəblərə görə ölkələrin bəziləri bu quruma o qədər də böyük maraq göstərmirdi. Ancaq mən bildirməliyəm, bunu indi hər kəs bilir, Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı.

…Bu təşkilatın gələcək fəaliyyəti üçün birinci təşəbbüsü yenə də Azərbaycan göstərdi. Biz bu yaxınlarda bəyan etmişdik ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək üçün mövcud büdcə yetərli deyil və Azərbaycan birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə töhfə, yəni ianə verib. …Biz bu təşkilatı gücləndirməliyik”.

Türk dünyası öz yerində, bir xarakterli dövlət olaraq, dünyanın harasında olursa olsun bütün pozitivlərə, neqativlərə dürüst dəyərləndirməmiz, yanaşmamız vardır.

Azərbaycan Qəzza zolağında, Fələstində yaşananlar barədə də prinsipial mövqeyə sahibdir. Prezident İlham Əliyev bu prinsipial mövqeni iyunun 8-də Qahirədən bir daha bütün dünyaya duyurdu: “Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident Əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”. Hələ ötən il iyulun 5-də Fələstin Dövlətinin Xarici işlər naziri Riad Əl-Maliki Azərbaycan Prezidentinin qəbulunda olarkən, o, Fələstində diplomatik nümayəndəlik açdığına görə Azər­baycana təşəkkürünü bildirmişdi.

Fələstinin Xarici işlər naziri Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdı.

Yəni, Azərbaycan dövlətinin siyasətinin davamlılığı və (necə deyərlər) sabitqədəmliyi, özünəxas duruşu, xarakteri var və beynəlxalq aləm bunu hər kritik məqamda aydın şəkildə görür.

Yaxud Fransanın hələ də davam edən neokolonializm siyasətinə münasibət olsun – qarşı durmağa cəsarətimiz, söz deməyə üzümüz var və sözümüz sözdür!

Son iki il içində Ukrayna beynəlxalq ictimaiyyətin gündəliyində ən ön yerdədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə humanitar yardımlarını davam etdirir.

Azərbaycan GUAM ortağımız olan digər dost ölkədə – Gürcüstanda keçirilmiş saxta “parlament seçkilər”ini tanımadı: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”.

Bəli, Azərbaycan Ermənistanın (və havadarlarının) 30 illik işğalına son qoyub, suverenliyini bərpa edib. – Biz “sağ əlimiz başınıza” deyə Gürcüstan, Ukrayna və Moldavanın da öz ərazi bütövlüyünü bərpa etməsinə tərəfdarıq.

Azərbaycan elə bir güclü gerçəklik yaradıb ki, Qazaxın uzun illər Ermənistanın işğalında olan 4 kəndi silaha əl atmadan azad olundu. O kəndlərdə qanunsuz məskunlaşdırılmış erməniləri oradan çıxarmağa Paşinyan şəxsən özü getmişdi. Artıq neçə həftədir, Bağanis-Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərində də öz bayrağımız dalğalanır!

Əlbəttə, Zəngəzur dəhlizi də açılacaq!

Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətəndaş! Nə gözəl səslənir bu söz” misrası yadıma düşür; mən indi, bu yazının mövzusu gərəyi, o cümləni cəsarətə aid etmək istərdim: “Cəsarət! Nə gözəl səslənir bu söz”!

Antik dönəmdə cəsarət dörd əsas məziyyətdən (mötədillik, müdriklik və ədalət) biri hesab olunurdu. Filosoflar onu sakit cəsurluq, çətinlikdə və təhlükədə də uslu davranmaq kimi qəbul edir. – Cəsarətli olmaq fəlsəfədə ruhən möhkəmlik və mətinlik, ağıllılıq, “ümumiyyətlə kişidən gözlənilən keyfiyyətlər toplusu” olaraq yorumlanır.

Cəsarətin cəsarətə bənzər digər kateqorilərdən ən önəmli fərqi onun qorxmazlığın məhz şüurlu formasını – yaxşılıqlar adına təhlükənin üstünə getməyi, bu sahədə anlamlı davranışı ifadə etməsidir. Aristotel “cəsarət döyüşdə özünü aparmağın yeganə layiqli yoludur” deyib. Cəsarətlilik ərənlikdir; cəsarət fəzilətdir. Şübhə yoxdur ki, bu fəzilət indi – elanolunmamış III Dünya müharibəsinin getdiyi bir vaxtda özəlliklə önəm daşıyır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Uşaqları günvurmadan qorumaq üçün bunları edin – Pediatr tövsiyələri

Next

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

Xəbər lenti

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Son Yazılar

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv