Şou biznes 

Afaq niyə Bakıya gəldi – SƏBƏB?

Artıq 5 ildir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan və fəaliyyət göstərən model-müğənni Afaq Aslan xarici görünüşündə dəyişiklik edib. ARANTV.AZ – ın StarMagazine.Az – a istinadən əldə etdiyi məlumata görə, ifaçı AZƏRBAYCANA məhz bu səbəblə gəlib. Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən “Aslan” bu dəfə endoskopik qaş qaldırma əməliyyat yolu ilə xarici görkəmində kiçik bir dəyişiklik edib. Yaxın zamanda yeni imici ilə Afaq Aslan 5 illik sükutu pozmağa və uzun çəkən sükutdan sonra yenidən yeni proyektləri ilə sevenlərinin qarşısına çıxmağa hazırlaşır.

Daha çox xəbərlər