Azərbaycanda iyulun 1-dən işığın qiyməti qalxacaq? – Tarif Şurasından CAVAB
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tariflərinin artırılacağı iddia olunur.
ARANTV.AZ Pravda.az-a istinadla xəbər verir ki, “Azərişıq” ASC-nin bununla bağlı Tarif Şurasına müraciət etdiyi qeyd edilir.
Tarif Şurasından isə bildirilib ki, Şuraya elektrik enerjisinin tariflərinin artırılması ilə əlaqədar müraciət daxil olmayıb.

