Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

3909 müəllim yeri necə doldurulacaq?

By Vüsal Rafiqoğlu
28.06.2024 3 Min Read

Elşən Qafarov: “Qanunla sertifikasiyadan kəsilən müəllimlərin hamısının əmək müqaviləsinə xitam verilə bilməz, çünki… ”

Ölkədə təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u müvafiq keçid balını toplaya bilməyib. “”Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib”.  “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-si riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.

E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib: “10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb”.

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: “443 müəllim isə hələ prosesdə iştirak etməyib”.

“Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Çünki həmin rayon üzrə zəif nəticə çoxdur”, – nazir əlavə edib.

Bəs təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlər növbəti il sertifikasiyada iştirak edərək işə qayıtmaq imkanları olacaqmı?

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm)

Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb: “Öncə onu qeyd edim ki, bu günə qədər sertifikasiyadan kəsilən müəllimlərin sayı 5 mindən çoxdur. Belə ki, ötən il 745 nəfər, bu il  isə ümumilikdə 4300 nəfər sertifikasiyadan kəsilib. Beləliklə, say 5 mini ötüb. Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə həyata keçirilir. Həmin bənddə deyilir ki, tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı müvafiq orqanın qərarı ilə əmək müqaviləsinə xitam verilir. 

Amma proses kobud şəkildə qanunvericiliyin pozulması ilə müşahidə olunur. Belə ki, məktəb direktorlarına tapşırılıb ki, müəllimlərin ərizələrini alsınlar. Müəllimlərə deyilir ki, sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam verilsə, siz bir daha heç bir yerdə, heç vaxt müəllim işləyə bilməyəcəksiz, ondansa gəlin ərizə yazın, işdən öz ərizənizlə gedin. Məqsəd sertifikasiyadan kəsilənlərin sayını aşağı endirməkdir. Bu isə çox gülüncdür və qanunvericiliyin çox kobud şəkildə pozulması deməkdir”.

Ekspert qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə əmək müqaviləsinə xitam verilməsi müəllimin əmək hüququnu əlindən almır: “Ümumiyyətlə, hər hansı peşə üzrə işləmək hüququ yalnız məhkəmənin qərarı ilə alına bilər. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə – hansı ki, bunu c bəndi ilə səhv salaraq müəllimləri aldadırlar, bu bəndlə əmək müqaviləsinə xitam verildikdə belə, qanunvericiliyə əsasən yalnız 1 il həmin sahədə çalışa bilməz. Amma qeyd etdiyim kimi, bu ç bəndidir, c bəndi deyil.

Yaranmış vəziyyətdən yararlanan bəzi məktəb direktorları müəllimlərdən pul tələb edir və deyirlər ki, gəlin ərizə yazın, əmək kitabçanız korlanmasın, gələcəkdə hər hansı işdə işləyə biləsiniz. Bu, çox təəssüfedici haldır. Qanunvericiliyə əsasən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edir, həmin siyahını hazırlayır, siyahı Məktəbəqədər və Ümumi Təhsil Agentliyinə təqdim olunur, agentlik isə müvafiq əmr verərək, həmin müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təhsili idarəetmə orqanlarına məktub göndərir. Həmin  məktuba əsasən də yeni tədris ilinin başlanmasına qədər məktəb direktorları Əmək Məcəlləsinin 70-ci Maddəsinin  c bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verəcək”.

O ki qaldı sertifikasiyadan kəsilən müəllimlərin gələcək taleyinə, Elşən Qafarov qeyd edib ki, həmin müəllimlərin heç də hamısı ilə əmək müqaviləsinə xitam vermək olmaz: “Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verilməsini məhdudlaşdıran hallar var. Hamilə qadınlar, 3 yaşına qədər övladı olan qadınlar və yaxud 3 yaşına qədər övladını təkbaşına böyüdən valideynlər, məktəb yaşına qədər, yəni 6 yaşı tamam olana qədər övladını təkbaşına böyüdən və yeganə qazanc yeri həmin müəssisə olan şəxslər, ailəsində 1-ci qrup əlil olan şəxslər və yaxud 18 yaşına qədər əlilliyi müəyyən edilmiş övladı olan valideynlərlə əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Sertifikasiyadan keçə bilməyən müəllimlərə demək istəyirəm ki, əgər doğrudan da müəllim işləmək istəyirlərsə, hazırlaşıb, növbəti müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, uğur qazanıb, vakant yerlər üzrə müəllim işləyə bilərlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hansı ixtisaslar üzrə keçid balı artırıla bilər? – AÇIQLAMA/VİDEO

Next

Azərbaycanda gəlinin öz toyundakı davranışı bəyi təəccübləndirdi – VİDEO

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv