Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlandan necə qorunmaq lazımdır?

By Vüsal Rafiqoğlu
02.07.2024 4 Min Read

Dünyada 3500-dən çox ilan növü məlumdur və onlardan yalnız 410 növü zəhərlidir. Azərbaycanda isə 28 növ ilan var və onlardan 6 növü zəhərlidir. Ölkəmizin aran zonasında ən geniş yayılan Levant gürzəsidir. Onun uzunluğu quyruğu ilə birlikdə 2-2,2 metrədək olur. Lakin ölkəmizdə uzunluğu 90-100 santimetr olan gürzələrə də rast gəlmək mümkündür. Digər 5 növ xırda ölçülü dağ gürzələrinə çox məhdud ərazilərdə, həm də nadir hallarda rast gəlinir.

İlanlar zəhərli olduğuna görə ondan qorxu hissi təbiidir. İlanlar haqqında az məlumatı olan və onunla davranmaq qaydalarını bilməyənlərdə qorxu hissi daha çox olur. Təəssüf ki, ilanlar haqqında təsəvvür və onlara qarşı münasibət əksər hallarda həqiqi biliklərə deyil, mifoloji təsəvvürlərə, rəvayət və şayiələrə əsaslanır. El arasında “İlanın ağına da lənət, qarasına da” deyərkən insanlar onun bəzilərinin zəhərli, bəzilərinin isə zəhərsiz olduğunu bildirmək istəmişlər. Əslində isə ilanların hər ikisindən – həm “ağından”, həm də “qarasından” qorunmaq lazımdır.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

İnstitutun aparıcı elmi işçisi sürünənlər sinfinə mənsub olan canlının həyat tərzi haqqında məlumat verərək deyib: “İlanlar gizli və yarımgizli həyat tərzi keçirirlər. Onlar ömürlərinin əksər hissəsini müxtəlif sığınacaqlarda gizlənirlər. Şikarını ovlamaq, istirahət etmək, düşmənindən qorunmaq, yumurta qoymaq, isti havada sərinlənmək, qış vaxtı qışlamaq üçün onlar müxtəlif tipli sığınacaqlardan istifadə edirlər. Gizlənmə yerini dəyişmək və ya günəş vannası qəbul etmək halları istisna olmaqla, ilanlar digər heyvanlar kimi heç vaxt açıq sahədə sərbəst gəzmir. İlanlar yediyi siçan, kərtənkələ, quş, xırda məməlilər, siçankimilər, quş, və qurbağa və s. arxasınca açıq şəkildə sürünmür. Onlar yemləri olan ərazini qoxu ilə axtarıb tapdıqdan sonra şikarını tutmaq üçün müxtəlif sığınacaqlara girərək pusqu qurur və təsadüfən yaxınlaşan şikarını sıçrayışla tutur.

Yem obyektləri olan heyvanların yaşadığı və kifayət qədər gizlənmə yerləri olan ərazilər ilanlar üçün cəlbedicidir. Belə əlverişli şəraiti olan sahələrə ilanların gəlməsi gözləniləndir. İlanlar isti vaxtlarda sərinləmək, soyuq vaxtlarda qışlamaq, çoxalma vaxtı yumurta qoymaq üçün əlverişli yerlər axtarır. Onlar belə yerləri axtarıb tapmağı çox yaxşı bacarırlar. Ona görə də ilanlardan qorunmağın ən etibarlı yolu yaxın ətrafda onlar üçün əlverişli, münbit şərait yaratmamaqdır.

Onların gizli həyat keçirdikləri yalnız gizləndiyi sığınacağı açanda, sökəndə və ya oraya daxil olanda üzə çıxır. Həmin qəfil rastlaşma zamanı onunla üzləşənlərə elə gələ bilər ki, guya ilan onları izləmək və sancmaq üçün gizlənib. Əslində insan ilan üçün heç bir maraq və əhəmiyyət kəsb etmir, əksinə, onlar daimi yaşayış və səs-küy olan yerlərdən uzaq olmağa çalışırlar. Bəlkə də ilanla düşmənçilik edən elə insanın özüdür.

-İlanlardan qorunmaq üçün hansı davranış qaydalarını tövsiyə edərdiniz?

-İlk növbədə, ilanlar olan ərazidə diqqətli və sayıq olmaq, azı 2 metr məsafədə ətrafı nəzarətdə saxlamaq, möhkəm parçadan olan şalvar, ayağa uzunboğaz çəkmə geyinilməsi məsləhətdir. Gəzərkən hər hansı əşya və ya ayaqla yeri döyəcləmək lazımdır, çünki qarşıda gizlənmiş ilan olarsa səs-küyə reaksiya verərək fısıldayacaq, özünü büruzə verərək qaçıb gizlənəcək. Əl və ayağı qapalı yerlərə, dəlmə-deşiklərə salmaq olmaz. Yerə düşmüş hansısa əşyanı qaldırarkən ehtiyatlı olmaq lazımdır, çünki ilan onun altında gizlənə bilər. Siçankimilər, kərtənkələ, quş və s. xırda heyvanlar yaşayan tikililərə, zirzəmilərə, dovşan, toyuq saxlanılan daxmalara, ev heyvanları üçün övlə və qazmalara daxil olarkən ehtiyatlı olmaq vacibdir. İlanlar yem axtarmaq, sərinləmək, yumurta qoymaq, düşməndən gizlənmək üçün belə yerlərə girirlər.

-Bəs ilanla rastlaşanda nə etmək lazımdır?

-Birinci növbədə, bir qədər kənarda sakit dayanmaq, özünü itirməmək lazımdır. Onu hirsləndirmək, tutmağa və ya öldürməyə çalışmamaq lazımdır. Onsuz da ilan kənar adam görən kimi qaçmağa və ya gizlənməyə, ona hücum edəndə özünü müdafiə etməyə və sancmağa çalışacaq. İlanın üstünü tamamilə örtmək üçün 1,5 metr məsafədən hər hansı bir parça material – pencək, köynək və s. atanda həmin parçanın altında gizlənərək özünü xilas olmuş hesab edir və bir müddət oradan çıxmır. Onu zərərsizləşdirmək üçün mütəxəssis və ya köməkçi çağırmaq lazımdır.

-İlanlardan qorunmaq üçün hansı profilaktik tədbirlər görülməlidir?

-Çalışmaq lazımdır ki, ərazidə müxtəlif növ tullantılar – ağac budaqları, kol-kos, ot qalaqları, daş, taxta, dəmir parçaları, lövhə və qırıntılar olmasın. Həmçinin ərazidə siçan-siçovul yuvaları ləğv edilməli, dam və zirzəmilərə ilanların daxil ola bilməməsi üçün dəlmə-deşiklər qapanmalı və ya dəmir torla bağlanılmalıdır. Ərazidən ilanların gizlənməsi üçün quyu, çatlar, qurğu və avadanlıqların altı və s. yerlərə müxtəlif ilanqovucu vasitələr – kükürd tozu, naftalin, yandırılmış ağac külləri, sarımsaq, neft, kəskin qoxulu toz və maye şəklində nə varsa onların hamısından səpmək, çiləmək mümkündür. Məsələn, kükürd tozu ilə naftalin həbləri, yaxud istiot yağı ilə darçın yağını qarışdırıb zolaq şəklində tökmək, habelə maz və digər qoxulu vasitələrdən istifadə etmək olar. Bəzi hallarda yanğına səbəb olmamaq şərtilə solyar yağı, kerosin və benzindən də istifadə edilməsi mümkündür. İlanlar bir çox iyə öyrəşə bildiyi üçün və həmin qoxular uzun müddət qalmadığı üçün həmin vasitələr növbələşdirilməli, azı 7-10 gündən bir təkrarlanmalıdır. Qapalı yerdə olan ilanları tələyə salmaq üçün xüsusi yapışqanlı tələlərdən istifadə edilə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Next

DSX: Ötən ay dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi çərçivəsində 30 nəfər saxlanılıb

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv