Cəmiyyət 

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovla keçirilən vida mərasimi başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, şəhidlərin nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər./report/

Daha çox xəbərlər