Aeroport yolunda maşın yandı – Video

Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, “Buta Palace”in qarşısında “Hyundai” markalı avtomobil alışıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur.