Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ödənişsiz oxuyan uşaqlar 23 yaşına kimi aliment ala bilərlər?

By Vüsal Rafiqoğlu
09.08.2024 2 Min Read

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqları ata və anaları saxlamağa borcludurlar.

Eyni zamanda, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər övladlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləği aliment adlanır və aliment valideyni tərəfindən övlada yetkinlik yaşına çatana qədər verilməlidir.

ARANTV.AZ xəbər verir ki, aliment məsələsində vətəndaşları maraqlandıran əsas suallardan biri 18 yaşına çatmış uşağın ali təhsil müəssisəsinə qəbul olunduğu təqdirdə aliment müddətinin 23 yaşına kimi uzadılıb-uzadılmaması ilə bağlıdır.

Yəni, əgər uşaq 18 yaşa çatıb və ali məktəbdə ödənişsiz ixtisasa qəbul olubsa, bu zaman aliment müddəti 23 yaşına kimi uzadılırmı?

Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran hüquqşünas Emil Aslanov bildirib ki, yalnız bir halda alimentin verilməsi 23 yaşına kimi davam edə bilər:

“Aliment övlad yetkinlik yaşına çatana qədər verilir. Uşaq yetkinlik yaşına çatanda isə alimentin verilməsi dayandırılır. Əgər yetkinlik yaşına çatan uşaq ali məktəbə qəbul olursa və ödənişsiz təhsil alacaqsa, 23 yaşına qədər alimentin verilməsi davam edir, amma bu dəfə onu valideyn ödəmir. Belə olan halda alimentin Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi nəzərdə tutulur”.

Məsələ ilə bağlı Sosial Müdafiə Fonduna da sorğu ünvanladıq.

Fondun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sosial ödənişlərdən aliment tutulmaları, qanunvericiliyə əsasən, Fondun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aid deyil.

“23 yaşınadək əyani təhsil alan şəxslərə fond tərəfindən ödənilən sosial ödəniş növlərinə gəlincə isə, buraya ailə başçısını itirməyə görə pensiya və yaxud müavinət daxildir. Belə ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının qanunda tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

Vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladının, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş və 18 yaşından sonra əlilliyi davam etmiş övladının, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Pensiya hüququ yaranmadıqda isə ailə başçısını itirməyə görə müavinət təyin edilir”, – deyə Fondun məlumatında qeyd olunur.

Qeyd edək ki, aliment könüllü ödənilən zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq, aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər.

Valideynlər arasında aliment ödənilməsi barədə saziş olmadıqda isə bu məsələ məhkəmə qaydasında həll edilir.

Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə – qazancın və başqa gəlirlərin dörddəbir hissəsi;

2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdəbir hissəsi;

3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Əgər aliment məhkəmə qaydasında müəyyən olunubsa, ondan imtinaya yol verilmir, məhkəmə qərarının icra edilməməsi isə cinayət məsuliyyəti yaradır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu məlumatların vacibliyi ondan ibarətdir ki… – Umayra Tağıyeva

Next

Azərbaycandan bu ölkəyə getmək istəyənlərə ŞAD XƏBƏR: avqustun 28-dən…

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv