Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu virus dünyaya yayılsa… – Dəhşətli FAKTLAR

By Vüsal Rafiqoğlu
20.08.2024 4 Min Read

Dünya yeni pandemiya ilə təhdid olunur. Afrikada meydana çıxan meymunçiçəyi virusu sürətlə yayılır. Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda bildirilir ki, təkcə ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” növü də var.

Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.

Faktiki dünya yeni pandemiya ilə qarşı-qarşıyadır. Bu, yeni virus müharibəsinin elementi kimi qiymətləndirilə bilərmi?

Qeyd edək ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib. Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d’İvuar, Qana və Liberiyadır. Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib.

Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.

Filippində ötən ilin dekabrından bəri meymunçiçəyinə ilk yoluxma qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, müayinə nəticəsində adı açıqlanmayan 33 yaşlı şəxsin sözügedən virusa yoluxduğu ortaya çıxıb və o, karantinə götürülüb.

Qazaxıstan hakimiyyəti isə meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd-keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib. Bundan başqa, meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara da xüsusi diqqət yetiriləcək”, – deyə bildirilib.

Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib.

Təyyar Eyvazov: ""Omicron” ştamı daha sürətlə yayılır"

Təyyar Eyvazov 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Yeni Müsavat”a deyib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına  bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir: “Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs  yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Gizli dövrü adətən 5 – 21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında (kiçik yaşlı uşaqlar, hamilə qadınlar. İmmundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır”.

T.Eyvazov əlavə edib ki, ölkəmizdə  mpox infeksiyasına yoluxma  halları qeydə alınmayıb: “İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə, vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Meymunçiçəyinin getdikcə yayılması barədə məlumatlar artır. Bu virus dünyada yeni deyil, ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus “insanlardakı ilk meymunçiçəyi diaqnozu” olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı. Bu virusun əlamətləri digər viruslar kimi, temperatur, baş ağrısı, halsızlıqla müşayiət olunur. Bununla yanaşı, həm də dəridə qaşınma, suluxlanmış yaralar və sairə əlamətlər olur. Meymunçiçəyinin yoluxuculuğunda bir qədər fərqlilik var, yəni dəridən keçməsi mümkündür. Xüsusilə dəridə tamlığın pozulması və sıyrıntı halları olduğunda, bu, narahatedici bir məqamdır. Hazırda qlobal olaraq bu virusla bağlı elə bir təşviş yoxdur. Prosesin epidemiya halına gəlməsi haqda danışmaq tezdir. Amma yaxın dövrlərdə yaşadığımız COVİD-19 təcrübəsi narahat olmağa əsas verir. Çünki COVİD-19 da virus kimi həyatımıza daxil olmuşdu. Pandemiyanın bitməsi bu virusun bitməsi demək deyil. Bu da digər viruslar kimi zaman-zaman yoluxduğumuz qrip ştamları kimi əlverişsiz şərait olduqda həyatımızda hiss olunacaq. Xüsusən iqlim dəyişikliyi nəticəsində ayrı-ayrı insanların immun sistemlərində olan problemlər özünü göstərəcək. Virusdan qorunmaq tədbirlərinə ciddi şəkildə əməl etmək lazımdır. Bununla bağlı artıq hər birimiz məlumatlıyıq, həm səhiyyə qurumları, həm də insanlar. 3-4 il pandemiyanın ağır faciəsindən dərs almışıq. Məsafə saxlamaq, gigiyena qaydalarına riayət etmək, bundan əlavə, orqanizmin immun sisteminin yüksəlməsi üçün çalışmaq lazımdır. Qidalanma rejiminə diqqət etmək lazımdır. Açıq havada çox olmaq lazımdır. Xəstə olan, xəstəliyindən şübhələndiyimiz insanlardan uzaq olmaq lazımdır. Yoluxma təhlükəsi olan ölkələrə olan səfərlərin ertələnməsi vacibdir. Əlbəttə, dünya dəyişir, virus pandemiyaları bir tərəfdən, müharibələr də bir tərəfdən, bu bəlalardan qurtulmaq üçün insanlar arasında birliyin, əməkdaşlığın olmasına ciddi ehtiyac var”.

Yeri gəlmişkən, ölkəmizdə uşaqlar arasında göyöskürəyin yayıldığı bildirilir.  Valideynlərin bununla bağlı şikayəti çoxalıb. Pediatr Vaqif Qarayev də bizimlə söhbətdə deyib ki, göyöskürək öskürək tutmaları ilə gedən və ciddi ağırlaşmaları olan yoluxucu xəstəlikdir: “Bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənddir. Bu xəstəliyə qarşı peyvənd (GDT və ya rusca AKDS) uşağın yaşına uyğun olaraq bir neçə dəfə aparılır. Yəni uşaq cəmi bir və ya iki dəfə peyvənd olunubsa, bu, tam vaksinasiya deyil. Təkcə sosial şəbəkələrdə valideynlərin həyəcanını oxumaq kifayətdir ki, vəziyyəti bilək. Mütləq sahə həkiminə məlumat verilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kasıb klubların nəsibi – Futbolda pul hər şeyi yox, əsas işi həll edir

Next

Putinin səfəri bitdi, Bakını tərk etdi – SENSASİON qərarlar QƏBUL EDİLDİ, bundan sonra… – “Səhər Xəbər”də

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv