Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qonşularına dil öyrədən ölkə – Məqsəd özünə münasib kadrlar yetişdirməkdir

By Vüsal Rafiqoğlu
21.08.2024 3 Min Read

Rusiya prezidentinin Bakıya səfərindən bəhs edən reportajlarda bir sətirlə keçən bir ifadə var. O, rus dilinə göstərdiyi diqqətə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edərək deyib: “Azərbaycanda 300 rusdilli məktəb, aparıcı ali təhsil müəssisələrimizin filialları fəaliyyət göstərir”.

Bu ifadənin altında çox mətləblər yatır. Məsələ ondadır ki, Rusiya dünyada rus dilinin yayılması məsələsinə çox böyük, strateji önəm verir. Kreml keçmiş SSRİ-yə daxil olan 14 müttəfiq respublikada rus dilinə, rusdilli məktəblərə münasibətin şkalasını daimi nəzarətində saxlayır. Ölkə rəhbərliyi rus dilini xor görənləri düşmən, rus dilinə diqqət göstərənləri dost sayır.

Bizdə rusdilli məktəblərin sayı 300-dür. Bu, bir çoxlarına az, çox adama isə çox görünə bilər. Hələ onu da nəzərə almaq lazımdır ki, iri şəhərlərdəki məktəblərdə rus bölmələri də çoxdur və onlarda xeyli şagird təhsil alır. Ona görə də Kreml başbilənləri Azərbaycanı “rus dilini sıxışdıranlar” qrafasına salmır.

Bəs baxaq, görək, keçmiş müttəfiq respublikalarda müvafiq durum necədir.

Müxtəlif mənbələrə görə, Özbəkistan əhalisinin 50-80 faizi rus dilində sərbəst danışır. 35,3 milyon əhalisi olan Özbəkistanda rus dilinin rəsmi statusu olmasa da, ölkədə 1000 rusdilli məktəb var. Bu, hər on məktəbdən birinin rusdilli olması deməkdir.

20 milyonluq əhaliyə malik Qazaxıstanda ümumilikdə 6950-yə yaxın dövlət məktəbi var. Bunlardan 3606-sı rus və qazax dillərində qarışıq təhsil verir. 1121 məktəbdə isə tədris tamamilə rus dilində aparılır. Onu da qeyd edək ki, Qazaxıstan əhalisinin 20 faizi slavyan mənşəlidir və rusdillidir.

5 milyon 720 min əhalisi olan Qırğızıstanda ümumilikdə 250-yə yaxın rus məktəbi var. Ancaq ölkənin kiçik, əhalinin mühüm hissəsinin kənddə, aulda yaşadığını nəzərə alsaq, bu, kifayət qədər ciddi rəqəmdir və rəsmi Bişkekin rus dilinə qarşı olmasının göstəricisi sayılmaz.

Əhalisinin sayı 10 milyonu aşan Tacikistan “rusdilli” ölkə sayılmaz, amma rus dilinə qarşı cəbhə alanlardan da deyil. Hətta Tacikistanın konstitusiyasında rus dilinə millətlərarası ünsiyyət dili statusu verilib. Ölkədə 39 rusdilli məktəb var və onlarda 27 minə yaxın şagird təhsil alır.

Türkmənistan özünü neytral ölkə elan edərək, o cür də aparmaq kursu götürsə də, rusdilli məktəblərdən tamamilə imtina edəcək qədər neytral və müstəqil deyil. Cəmi 6 milyon əhalisi olan ölkədə 70-dən çox məktəb rus dilində tədris aparır.

3 milyon 800 minə yaxın vətəndaşı olan Gürcüstanda rus dilində təhsil verən 54 məktəb var. Bu məktəblərdən 11-i tam rusdillidir, qalan 43 məktəbdə gürcü dili şöbəsi ilə yanaşı, rus dili bölməsi də fəaliyyət göstərir. Bunlardan 36-sı dövlət, 7-si özəl məktəbdir. Bu ölkədə rus dilini hələ sovet dönəmindən bəri sevmirlər. Hətta sovet dövründə çəkilən bir neçə filmdə gürcülərin ingilis dili bilməsi və danışmasını göstərən epizodlar var.

Ermənistan bir neçə il öncəyə qədər özünü postsovet məkanının “ən rusdilili ölkələr”inin ilk beşliyində sayırdı. İddia olunrdu ki, respublika əhalisinin 70%-i rus dilində sərbəst danışır və Ermənistan əhalisinin yarıdan çoxu rus dilini ikinci dil hesab edir. Hazırda 3 milyon əhalisi olan Ermənistanda rus dilində təhsil verən 65 orta məktəb, bir də rus dili bölməsinə malik olan universitetlər var.

2,7 milyon əhalisi olan Moldovada ümumilikdə 1218 məktəb var. Onların 958-də təhsil rumın, 202-də rus, 57-də isə rumın və rus dillərində aparılır. Moldovada yalnız bir məktəb üç dildə (rumın, rus və ingilis) təhsil verir.

33 milyondan çox əhalisi olan, Rusiyanın hücumuna məruz qalaraq müharibə şəraitində yaşayan Ukraynada hələ də rus dilinin ayrıca fənn kimi öyrənildiyi məktəblər var. İndi ölkədə rus dilini ayrıca fənn kimi öyrənən üç məktəb, 45 sinif və 768 şagird qalıb. Bu ölkə bütün varlığı ilə Rusiyaya, rus dilinə qarşıdır.

SSRİ-nin ikinci “rusdilli ölkəsi” olan 9.5 milyonluq Belarusda 2012-ci ildə rusdilli məktəblərin sayı 1660 olub. 2018-ci ilə qədər onlardan 1282-si qalıb.

Sovet dövründə belə Rusiya ilə o qədər qaynayıb-qarışmayan Litvada (əhalisi 2 milyon 890 min) ümumilikdə 28 məktəb rus dilində təhsil verir və onlarda 17 minə yaxın şagird təhsil alır. Bu məktəblərin əksəriyyəti Vilnüs, Klaypeda, Visaginas bölgəsindədir.

Latviya (1 milyon 800 min əhali) da bu məsələdə qonşusundan dala qalmır. Bu ölkədə 26 rusdilli məktəb var.

Onlarla müqayisədə Estoniya (1 milyon 366 min əhali) daha çox “rusdilli ölkə” sayıla bilər. Bu ölkədə 70-ə yaxın məktəbdə tədris tamamilə və ya qismən rus dilində aparılır.

Bir sözlə, Rusiya keçmiş sovet respublikalarındakı rusdilli məktəblərin sayının azalmasını pis qarşılayır, hər vəchlə bu tendensiyanı önləməyə çalışır. Bu, durduq yerdə edilən bir şey deyil, bunun arxasında siyasi ambisiyalar, özünü “böyük xalq” saymaq ehtirası durur. Kreml çalışır ki, başqa ölkələrdə daha çox rusdilli kadrlar olsun. Çünki zamanında onlardan məqsədyönlü şəkildə istifadə etmək imkanı bir o qədər böyük olar.

Kremlin bütün postsovet məkanı ilə “rusdilli məktəb” davası etməsinin 1 nömrəli səbəbi budur. Gerisi lazımsız təfərrüatdır.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva Hidayət və Zelimlə görüşdü – Fotolar

Next

Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv