Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətəni estafetsayağı ZİBİLLƏMƏ – VİDEOFOTO

By Vüsal Rafiqoğlu
22.08.2024 5 Min Read

Bu yaxınlarda yolum Lənkəran tərəflərə düşmüşkən Xəzər sahilinə baş çəkmək istədim.

KAZAR.jpeg (222 KB)

Gördüklərimdən dəhşətə gəldim. Dəniz sahilində fəlakət hökm sürürdü: butulkalar, bankalar, enerji qabları, irigövdəli ağac kötükləri, daha nələr… Sanki vulkan püskürmüşdü. Səbəbini soruşanda dedilər ki, bütün bu tullantıları sel gətirib. Nə qədər qəribə də səslənsə, Lerik tərəflərdən… Məcrasını aşan çay bu tullantıları gətirib dənizə töküb, fağır Xəzər də sahilə vurub, qalaqlanıb buralara.

LENKER.jpeg (120 KB)

Yaxşı, bu “zibil poliqonu” harda imiş ki, sel öz ağuşuna alıb?

İstirahət mərkəzlərimiz var ha, onların bir çoxunda zibilləri dərələrə, çaylara atırlar ki, yel vursun, sel aparsın. Həmçinin piknikə gedən insanlarımız yeyib-içdikdən sonra zir-zibili, qalan artıq-urtuğu, boş qabları meşənin dərinliklərinə tolazlayırlar. Nəticəsi də bəlli. İstirahət zonalarında təbiətin qoynunda “yaradılan” zibilxana gəlib çıxır çimərliyə. Yəni içdiyi suyun, ya arağın boş butılkasını Lerik dərəsinə tullayan “mədəniyyət dağarcığı” sonradan onu Lənkəran çimərliyində “tapa bilər”, elə çimərlikdə uzandığı yerdə, yaxud sınıq parçası ayağını parçaladığı halda…

LENKE.jpeg (142 KB)

Kimsə düşünmür təbiət hansısa formada ondan etdiyi pisliklərinin əvəzini çıxacaq. Yaxud bu pislik onun ailə üzvünə, övladına qayıdacaq.

Lənkəran çimərliyində texnika işləyirdi, maşınlarla zibili harasa daşıyırdılar, altından müalicəvi əhəmiyyətə malik narın qum dənələrini tapmaq üçün mücadilə gedirdi. Yeri gəlmişkən, Xəzər çimərliklərindəki qum dünyada nadirdir, həm müalicəvi əhəmiyyətinə görə, həm görünüşcə. Amma qədir-qiymətini ən uzağı maşın-maşın daşıyıb, sementə qatanda bilirik. Bu da başqa mövzudur. Açığı, bilmədim, çimərlikdəki “zibil poliqonu”nu daşıyıb hara tökürdülər, bəlkə yenidən Lənkəran, ya Lerikin hansısa dərələrinə, çaylarına tullayırdılar, yenidən sel dənizə “yollasın” deyə…

TEXNİKA.jpeg (126 KB)

Amma təkcə Lənkəranda gördüklərimdirmi?

Təbii ki, yox. Bir neçə il əvvəl Şahdağa getmişdim. Laza şəlaləsinə qədər getdim, Allaha şükür eləyərək. Bu gözəlliklərin qədir-qiymətini bilməli olduğumuz haqda öz-özümə danışdığım anda gözüm Laza kəndinə gedən yolun altındakı sıldırımın dibindəki zibilxanaya sataşdı. Getməyimə peşman oldum. O gözəlliklərə necə qıymaq olar? Bura gələn turist bizim haqqımızda nələr fikirləşir? Turist heç, bəs bu bölgədə yaşayan insanlar, bura gələn qonaqlar, bəs təbiət, bəs Allah, bəs din, iman?

TEBİET.jpeg (127 KB)

Doğulduğum Yardımlı rayonunun mərkəzindən Viləş çayı keçir. Elə mənbəyini də dağlardan götürür, Xəzərə qovuşur. Bu çayın sahillərində şəkil çəkdirmək üçün yer tapılmaz, zibil yığnağından. Kimlər edir? Əlbəttə, özümüz. Ölkələr var, insanları suya həsrətdir, ərazilər var, susuzluqdan torpaqları cadar-cadardır. Allah bizə bu sərvətləri verib, meşəni, çayı, bulaqları, mineralları. Amma biz nə edirik? Atasına od qoyuruq, anasını ağladırıq bu sərvətlərin.

ZİBİLL.jpeg (238 KB)

Bir neçə gün əvvəl Laçın yolu boyunca ərazilərin zibilləndiyi barədə geniş müzakirələr aparıldı. Qınayanlar oldu, yazıldı, pozuldu, sonra da dedilər ərazi təmizlənib. Kim təminat verir ki, həmin ərazi yenidən zibil qalaqlarının məskəni olmayacaq? Şəhidlərimizin uğrunda döyüşdüyü bu ərazilərə belə sayğısız yanaşan insanlar varsa, demək islah olunmağımız çox çətin olacaq. Bəli, o ərazilərdə hələ şəhidlərimizin qanı qurumayıb, yaralarımız sağalmayıb, hələ 4 minədək insanımızın taleyindən xəbər yoxdur. Bəlkə elə itkin düşən insanlarımızın bəziləri düşmən gülləsinə məhz zibil tullanan ərazilərdə tuş gəlib, torpağa qarışıb, yaxud diri-diri basdırılıb. Görmürükmü, vaxtaşırı insan qalıqları aşkarlanır Qarabağda? Bu, məsələnin bir tərəfi…

Ancaq məsələyə yalnız bu nöqteyi-nəzərdən yanaşmaq lazım deyil. Ümumiyyətlə, ağlı, düşüncəsi olan adam niyə zibili ətrafa tullamalıdır axı?

Heyvan belə yemək yediyi, yatdığı yeri zibilləmir, təmiz saxlayır. “Bəşərin əşrəfi” sayılan insan övladı niyə heyvan qədər düşünməsin? Həm də qanun ətrafı zibilləyən hallara görə cəza nəzərdə tutur. Elə isə məmləkətə qarşı bu qəddar, amansız rəftar, düşməncəsinə münasibətin səbəbi nədir? Əslində torpağın hər qarışı müqəddəsdir, hər qarışı uğrunda tarixlər boyunca mübarizə gedib, itkilər vermişik. Yəni həm qanunla, həm də mənəvi dəyərlərə görə torpağımızın hər qarışını sevməli, ona sayğı duymalıyıq. Əzizlərimiz dünyasını dəyişir, onu torpağa əmanət edirik, ziyarətinə gedib torpağını qoxlayırıq. Həyətyanı torpaq sahəsində naz-nemətlər yetişdiririk, qədir-qiymətini bilirik. Bəs elə isə niyə torpağın digər tərəfinə düşmən kimi yanışırıq? Kimi addımbaşı tüpürür, kimi siqaret kötüyü, kimi tum qabıqları, kimi içki şüşələri…

KAZA SON.jpeg (181 KB)

Bir neçə il əvvəl qatarla Tiflisə gedirdik. Qardabani stansiyasında dayandıq. Bir neçə dəqiqədən sonra baxdım ki, yol yoldaşlarımızdan birini gürcü polisi bölməyə aparır. Səbəbini soruşdum, dedilər siqareti çəkib, kötüyünü zibilqabına deyil, ayaq altına tullayıb. Nə minnət etdiksə, xeyri olmadı, 80 lari cərimələdilər, ödəməsə, Gürcüstanı tərk edə bilməyəcəkdi. Və Gürcüstan səfəri üçün dərs oldu.

Bəs Azərbaycanda niyə dərs olmur?

O gün sosial şəbəkədə də çəkib paylaşmışdım. Uşaq parkında az qala hər kəs tum çırtlayıb, yerə səpirdi.

PARKİ.jpeg (133 KB)

Skamyada oturub, ayaqlarının altını zibilləyən yeniyetmələrə irad tutdum, susdular, heç bir reaksiya vermədilər. Kənara çəkildiyim anda yenidən başladılar: çakka-çak… Atalar, analar uşaqlarının gözü qarşısında dondurma yeyir, tum çırtlayır, geri qalanları kənara tullayır. O uşaqlar belə tərbiyə alır, onlara adi gələcək ətrafa zibil tullamaq. Deməli, onlar da böyüyəndə öz övladlarına eyni “tərbiyə”ni verəcəklər. Beləcə, Vətəni estafetsayağı zibilləmə davam edəcək…

Bir misal da Türkiyədən gətirək. Keçən həftə Giresun bölgəsinin ucqarlarına qalxdıq. Kəndlilər dağın döşündə fındıq toplayırdılar. Göz gəzdirdim, dərələrdə, meşəlikdə bir zibil, bir sellofan, torba görmədim. Bələdiyyə zibil qabı qoymuşdu dağın başında, təsəvvür edirsiniz?

ZİBİL SON.jpeg (146 KB)

Bizim bəzi rayonlarda – kəndlərimiz bir tərəfə – zibil qabları yoxdur…

Düşünək, görək bu minvalla vara gedirik? Bu məmləkəti niyə zibilləyirik? Bu dəniz, bu meşələr, bu dağlar, bu çəmənlər bizə Allahın əmanətidir, ona niyə qəsd edirik? Cəzalarmı sərtləşdirilsin? Nəsə dəyişəcəkmi? Yaxşı, bəs nə edək? Prospektlərdə vaxtaşırı maşınların vurub öldürdüyü süpürgəçi qadınlar var e… Onların qatilləri… avtomobillərin pəncərəsindən ətrafa siqaret kötüyü atan bizlərik… Hamımız günahkarıq!

DAGG.jpeg (340 KB)

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb

Next

BU AN! Rusiyada yaşayış binasında GÜCLÜ PARTLAYIŞ – NATO Rusiya sərhədinə GİRDİ

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv