Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Azərbaycan da Özbəksitan üçün vazkeçilməz ölkədir”-Musa Qasımlı

By Vüsal Rafiqoğlu
24.08.2024 2 Min Read

“Cənab Prezidentimiz İlham Əliyev andiçmə mərasimindəki nitqində yeni dövrdəki hədəfləri müəyyənləşdirərkən demişdi ki, türk dünyası bizim ailəmizdir.  Dərhal da bu işlərin həyata keçirilməsindən ötrü fəaliyyət genişləndirilmişdi. Bunun bir nümunəsi qardaş Özbəkistanla münasibətlərdir”.

ARANTV.AZ  xəbər verir ki, 6-cı çağırış Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycanla Özbəkistan arasında müttəfiqliyin rəsmiləşdirilməsi və əlaqələrin daha da genişləndirilməsi barədə hər iki dövlət arasında mühüm sənədlərin imzalanmasını şərh edərkən belə deyib.

O qeyd edib ki, Özbəkistanla münasibətlərimizi bir sıra amillər şərtləndirir. İlk növbədə, biz qardaş ölkə və millətik, heç bir zaman sarsılması mümkün olmayacaq kökümüz birdir, gövdəsi bir olan ağacın budaqlarıyıq. Dövlət müstəqilliyi bərpa edildikdən sonra iki ölkə arasında keçilən yol münasibətlərin daha da sıxlaşdırılmasını zəruri edir. İndiyədək xeyli işlər görülüb. 90-cı illərin əvvəllərində buraxılan kobud səhvlər aradan qaldırılıb. Bizi təkcə qardaşlıq deyil, ortaq maraqlar da birləşdirir.

Musa Qasımlı bu dairədən namizədliyini irəli sürdü

Özbəkistanın Mərkəzi Asiyanın ən vacib ölkələrindən biri olduğunu deyən M.Qasımlının sözlərinə görə, XX əsrin 80-ci illərinin sonlarında Sov.İKP MK Siyasi Bürosunun Orta Asiya respublikalarında şəraitin müzakirəsinə həsr edilmiş iclaslarının birinin stenoqramında yazılırdı ki,  Orta Asiyanın ən vacib ölkəsi Özbəkistandır, Özbəkistan partlayarsa bütün Orta Asiya partlayar. Belə bir fikir əbəs deyildi. Özbəkistandakı şərait əvvəlki dövrlərdə olduğu kimi indi də bütün regiona təsir edir: “Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan  və Əfqanıstanla həmsərhəd, əhalisinin sayına, təbii sərvətlərinə, sənaye potensialına görə açar ölkə olan Özbəkistanla əməkdaşlıq bütün baxımlardan əhəmiyyətlidir. Azərbaycan da Özbəkistan üçün Qərbə çıxmaqda vazkeçilməz ölkədir. Bu gün qardaş ölkənin məhsulları Azərbaycandan keçərək dünya bazarlarına çıxır.  Rusiya-Ukrayna savaşının davam etdiyi şəraitdə, hətta bu müharibə olmasa belə,  Azərbaycanın əhəmiyyətinin nə demək olduğu aydındır. Birmənalı olaraq demək lazımdır ki, münasibətlərin indiki səviyyəsi prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin xidmətləridir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri bu baxımdan münasibətlərimizdə yeni səhifədir.  Səfər zamanı keçirilən danışıqlar,  imzalanan sənədlər və mətbuata verilən bəyanatlar böyük tarixi əhəmiyyət daşıyır”.

M.Qasımlı hesab edir ki, birincisi, ölkələrimizin və bütün türk dünyasının bu günü və gələcəyi baxımından ən  mühüm sənəd prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dir:

“İndiki gərgin geosiyasi şəraitdə iki qardaş ölkənin bu sənədi imzalaması bütün digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahələrində  bərabər hərəkət etməyə beynəlxalq hüquqi əsas verir. Prezidentimiz Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid geosiyasi məkan kimi qiymətləndirir. İkinci məsələ Özbəkistan tərəfindən Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi layihəsinin müzakirəsidir. Bu addım təkcə iqtisadi məsələ deyildir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə gördüyü digər dirçəliş işləri kimi bunu da özü görə bilər. Amma Özbəkistanın belə bir qərarı qardaşlıq nümunəsi, digərlərinə örnək, bədxahlara isə bir işarədir. Əsrlər ötəcək tarixə keçəcək belə işlər qardaşlığımızı daha da möhkəmləndirəcək.

Üçüncü məsələ mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığa dair imzalanan sənədlərdir. Xüsusən məktəbəqədər və ibtidai təhsil sahəsində əməkdaşlığın  böyük təsiri və əhəmiyyəti yaxın illərdə özünü daha da göstərəcək. Bu günkü uşaqların dostluğu gələcəyin təminatı olacaqdır.

Bütün bunlar göstərir ki, dövlət rəhbərlərimiz ölkələrimizin və türk dünyasının bundan sonrakı yüzilliklər inkişafının möhkəm təməllərini yaradırlar. Tarixi hadisələrin şahidləriyik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu il rekord sayda abituriyent tələbə adını qazandı

Next

Qaxdakı məktəbdən rekord nəticə

Xəbər lenti

  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv